Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Finlandiyaya təhdidi və NATO-nun yeni sərhədləri...

Rusiya Prezidenti növbəti dəfə Finlandiya və ABŞ-ı hədələyib...

Siyasi-şərhçi: “Bu qarşıdurma mərhələsi haradasa 1970-ci illərin ortalarınadək olmuş bir silahlanma prosesini xatırladır. O zaman bir silahlanma yarışı gedirdi. İndi sanki dünya yenidən həmin fazaya qayıdır”.

“Məsələnin başqa bir tərəfi odur ki, Rusiyanın nüvə raketlərini yerləşdirmək imkanları məhdud deyil. Bu mümkündür bə bunu edə bilərlər”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Putinin Finlandiya və ABŞ-ı hədələməsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Finlandiya və ABŞ-ı hədələyib. Belə ki, o, sovet dövründə mövcud olan Leninqrad Hərbi Dairəsini yenidən yaradacağını bildirib. Buna əsas kimi isə ABŞ-ın Finlandiyada mövcud olmasını göstərib. Putin həmçinin Finlandiya ilə sərhədə əlavə hərbi qüvvələrin cəlb ediləcəyini və regiona nüvə başlıqlı ballistik raketləri yerləşdirəcəyini açıqlayıb.

Finlandiyanın hədələnməsi NATO-nun Rusiya əleyhinə yarada biləcəyi əlavə təhdidlərə rutin reaksiyadır, yoxsa Rusiya prezidentinin bu təhdidi bir şəkildə reallaşa bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

 

Ərəstun Oruclu: “Rusiyanın Ukraynaya təcavüzü nəticəsində NATO Skandanaviyaya qədər genişləndi”.

Ukrayna müharibəsinin Rusiyanın resurslarını böyük həcmdə sovurub apardığını vurğulayan ekspert Poliqon-a bildirib ki, buna görə də, Rusiya Leninqrad Hərbi Dairəsini yaratsa belə, bu qoşun birləşməsi döyüş qabiliyyəti yüksək olan hərbi dairə olmayacaq:

“Hökmən deyil ki, ortada bir hədə olsun və bu hədə reallaşdırılsın. Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya təcavüzü faktiki olaraq Avropada təhlükəsizlik konsepsiyasını, təhlükəsizlik sistemini pozmuş oldu. İndi Avropada artıq bir qarşıdurma mərhələsi yaranıb. Bu qarşıdurma mərhələsi haradasa 1970-ci illərin ortalarınadək olmuş bir silahlanma prosesini xatırladır. O zaman bir silahlanma yarışı gedirdi. İndi sanki dünya yenidən həmin fazaya qayıdır və iki qütb arasında silahların yerləşdirilməsi, onların bir-birinin sərhədlərinə yaxın bazalar qurması və s. ilə müşahidə olunur.

Fərq odur ki, həmin dövrdə yəni, 70-ci illərin ortalarınadək olan dövrdə NATO indiki qədər geniş deyildi, SSRİ isə Bütün Şərqi Avropanı əhatə edən Varşava “Paktı”na liderlik edirdi. “Varşava müqaviləsi” ölkələrinin sərhədləri də Şərqi Almaniyaya qədər gedib çıxırdı. O vaxtı Polşa, Balkan ölkələrinin bir hissəsi, ilk növbədə də Bolqarıstan həmin qrupa daxil idi.

Ərəstun Oruclu: “Leninqrad Hərbi Dairəsini yaratmağın nə dərəcədə real olması başqa sualdır”.

İndiki vəziyyətdə isə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində NATO Skandanaviyaya qədər genişləndi. NATO-nun Skandanaviyaya qədər genişlənməsi eyni zamanda istisna deyil ki, Ukraynanın özü də gec ya tez NATO üzv ola bilər. Təbii ki, Rusiyadan qarşılıqlı addımlar atmağa tələb edir. Rusiya da belə yollarla təhdid edir. Dediyim kimi bu da təkcə sözdə təhdid deyil.

Məsələnin başqa bir tərəfi odur ki, Rusiyanın nüvə raketlərini yerləşdirmək imkanları məhdud deyil. Bu mümkündür bə bunu edə bilərlər. Amma Leninqrad Hərbi Dairəsini yaratmağın nə dərəcədə real olması başqa sualdır. Çünki Rusiyanın indiki şəraitdə resursları məhduddur. Söhbət burada təkcə maliyyə, silah və sursat resurslarından getmir, Rusiyanın canlı qüvvəsi də yetərincə deyil.

Ukrayna müharibəsi Rusiyanın resurslarını böyük həcmdə sovurub aparır. Buna görə də, Rusiya Leninqrad Hərbi Dairəsini yaratsa belə, o döyüş qabiliyyəti yüksək olan hərbi dairə olmayacaq. Sadəcə təhlükəsizliyi poza biləcək bir təhdid vasitəsi olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Ən çox oxunanalar