Putinin Türkiyəyə çoxdan nəzərdə tutulan səfərinin tarixi hələ razılaşdırılmayıb...
Türkiyə yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyir, lakin tərəflər hələlik tədbirin tarixi ilə bağlı razılığa gələ bilməyiblər.
Poliqon xəbər verir ki, “RİA Novosti” Agentliyi bu barədə Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, yaxın gələcəkdə buna aydınlıq gələcək”, deyə mənbə bildirib.
Qeyd edək ki, fevral ayında Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və o, Türkiyə Respublikasına səfərini çox gecikdirməyəcəyinə söz verib.
Aprelin əvvəlində Türkiyə prezident administrasiyası Putinin Türkiyəyə səfərinin vaxtının hələ məlum olmadığını bildirib.
Aprelin 16-da Ərdoğan deyib ki, Putinlə onun Ankaraya səfəri ilə bağlı razılığa gəliblər, lakin tarix hələ müəyyən edilməyib.
Poliqon.info