Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Saakaşvilini müdafiə etdi

Özünü ukraynalı hesab edən adama Ukrayna pasportunu qaytarmaq ədalətli olacaq

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə ölkəsində insan haqlarının təmin olunmasına, məsələn, Mixail Saakaşvilidən başlamağı təklif edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin jurnalistlərlə söhbətində belə deyib: “Azadlıqlara gəldikdə bu mənada hətta Rusiyadan, rusiyalılardan başlamaq yox, tutaq ki, gürcülərdən və ya keçmiş gürcülərdən başlamaq daha yaxşı olardı. Məsələn, keçmişdə gürcü olan, indi özünü ukraynalı hesab edən adama Ukrayna pasportunu qaytarmaq ədalətli olacaq. Mən Saakaşvili Mixail Nikolayeviçi nəzərdə tuturam”.


Putin xatırladıb ki, Saakaşvili “Ukrayna vətəndaşlığından qanunsuz məhrum edilib, ölkədən qanunsuz sürgün olunub və onu geri qaytarmaq, pozulmuş hüquqlarını bərpa etmək lazımdır. “Ukraynanın ölkəni tərk etməyə məcbur olmuş və bu günkü rejimin təqiblərindən yad ölkələrə sığınan bir çox digər vətəndaşlar kimi”-Putin deyib.

Rusiya prezidentinin Saakaşvilinin pozulmuş hüquqları haqda danışması və onu müdafiə etməsi istehza, yoxsa ciddi söhbət olduğu aydın deyil. Çünki bir vaxtlar Putin Saakaşvilini “müəyyən yerindən asmaqla” hədələyirdi və onların necə qatı düşmən olduqları məlumdur.

Hər halda Saakaşvili Putinin onun barəsində dediklərinə cavab verib.

“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında Poroşenkodan məni Ukraynadan deportasiya etməyi yüksəkdən tələb etmişdi (Poroşenko da bir ay sonra bunu etdi). Dəqiq bilirəm ki, məhz Siz Poroşenkodan 2014-cü ildə məni inaqurasiya mərasiminə dəvət etməməyi tələb etmişdiniz”-o özünün Facebook səhifəsində yazıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar