Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Priqojinin ölümünün rəsmi versiyasını təqdim edib...

“Vaqner” ÖHŞ-nin rəhbərliyini daşıyan təyyarənin qəzaya uğramasından ay yarım sonra Rusiya hakimiyyəti nəhayət ki, baş verənlərin ilk rəsmi versiyasını açıqlayıb...

Poliqon xəbər verir ki, bunu “Valday klubu”nun toplantısında Vladimir Putin özü edib. Rusiya prezidentinin sözlərinə görə, həlak olanların cəsədlərində qumbara qəlpələriı tapılıb. Prezident təyyarənin sərnişinlərinin spirtli içki və ya narkotikin təsiri altında ola biləcəyinə də eyham vurub.

Rəsmi versiya hökumətyönlü “Mash” telegram kanalı və “Moskovskiy Komsomolets” nəşrinin Tver vilayətində təyyarə qəzasından bir gün sonra irəli sürdükləri versiya ilə üst-üstə düşüb.

“Bu günlərdə İstintaq Komitəsinin rəhbəri mənə məlumat verdi. Təyyarə qəzasında həlak olanların cəsədlərində əl qumbarasının qəlpələri tapılıb, təyyarəyə heç bir kənar təsir olmayıb. Bu, artıq müəyyən edilmiş faktdır, Rusiya İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, deyə Putin bildirib.

Prezident əlavə edib ki, zərərçəkənlərin qanında alkoqol və ya narkotikin miqdarını müəyyən etmək üçün heç bir ekspertiza aparılmayıb.

“Biz bilirik ki, Sankt-Peterburqda şirkətdə baş verən məlum hadisələrdən sonra FTX nəinki 10 milyard rubl nağd pul, həm də 5 kiloqram kokain aşkar edib. Amma bir daha təkrar edirəm, məncə, belə bir ekspertizanı keçirmək lazım idi”, deyə Rusiya prezidenti əlavə edib.

Qeyd edək ki, təyyarədə qumbara partlaması versiyasını ilk dəfə hökumətyönlü “Mash” teleqram kanalı biznes təyyarəsinin qəzaya uğramasından bir gün keçməmiş irəli sürüb. Telekanalın məlumatına görə, qəza yerində atıcı silahlar, döyüş sursatı və qumbaraatanlar aşkar edilib.

“Moskovskiy komsomolets” qəzeti isə saat yarım sonra “təyyarədə qızğın müzakirələr zamanı qumbara partlayıb” başlığı ilə məqalə dərc edib.

Qeyd edək ki, Yevgeni Priqojinin “Embraer Legacy 600” biznes-jeti avqustun 23-də, “Vaqner” OHŞ hərbi qiyamından düz iki ay sonra Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Priqojinlə birlikdə təyyarədə daha 9 nəfər, o cümlədən “Vaqner” komandirləri həlak olub. İstintaq təyyarənin istismar qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Qəzadan dərhal sonra hərbi ekspertlər baş verənlərin iki versiyası üzərində dayanıblar. Bunlar yerdən təyyarənin raket zərbəsi ilə vurulması və təyyarənin daxilində partlayış baş verməsi versiyaları olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar