Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin ölərsə, İrlandiya başsağlığı verməyəcək, dəfndə iştirak etməyəcək

İrlandiyanın baş naziri Leo Varadkar Vladimir Putinin ölümü zamanı hökumətinin Rusiyaya başsağlığı verəcəyini düşünmür. O, İrlandiya nümayəndə heyətinin Rusiya prezidentinin dəfnində iştirak edəcəyinə inanmadığını qeyd edib.

Poliqon “The Independent”ə istinadən xəbər verir ki, hipotetik vəziyyət demək olar 80 il əvvəl baş vermiş hadisələrə aiddir. İrlandiya hökuməti II Dünya müharibəsi boyu sərt neytrallıq siyasətini davam etdirib.

Lakin o vaxtkı xarici işlər naziri Eamon de Valera 1945-ci ildə Adolf Hitlerin intiharı ilə bağlı başsağlığı verdikdə beynəlxalq qəzəb doğurmuşdu. Bu hadisə de Valeranın və dövlətin reputasiyasına ciddi ziyan vurub və İrlandiyanın neytrallığı tarixində mühüm məqam hesab olunur.

İrlandiya neytrallıq siyasətini davam etdirməkdə israr etsə də, yüksək səviyyəli hökumət nazirləri bunun siyasi neytrallıqdan deyil, hərbi neytrallıqdan qaynaqlandığını deyirlər. Keçən həftə Kiyevə səfəri zamanı Leo Varadkar Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləyəcəyinə söz vermişdi. O, həmçinin Ukraynaya humanitar yardım üçün əlavə vəsait ayırdığını açıqlayıb.

Səfərdən sonra jurnalistlər siyasətçidən Putinin ölümü halında İrlandiyanın Rusiyaya başsağlığı verib-verməyəcəyini soruşduqda, Leo Varadkar belə cavab verib: “Mən belə düşünmürəm. Yaxşı sualdır, amma əvvəllər bu haqda düşünməmişəm”.

Keçən il Rusiyaya səfərinə qadağa qoyulan Leo Varadkar deyib: “Dəfn mərasimində təmsil olunacağımızı düşünmürəm”.

Qeyd edək ki, Varadkarın Rusiyaya girişi qadağandır. Noyabr ayında Kreml siyasətçini rusofob fikirlər ifadə etdiyinə görə İrlandiyanın "əsas nümayəndələri"nin sanksiya siyahısına əlavə edib.

Poliqon.info


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar