Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin kritik fərmanı imzaladı - Dost olmayan neft satışını qadağan etdi...

Putinin imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Qərb ölkələrinin Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət tətbiqinə qarşı sanksiya elan edilməsinə qərar verilib.

Neft və neft məhsullarının tavan qiymət tətbiqində iştirak edən fiziki şəxslərə və şirkətlərə neft satışını qadağan edən fərmana əsasən, Rusiya neftinin alıcıları müqavilədə tavan qiymət və ya alternativ tavan qiymət mexanizmindən istifadə etsələr, nəql həyata keçirilməyəcək.

Neft nəqlinə qoyulan qadağanın 2023-cü il fevralın 1-dən qüvvəyə minəcəyi bildirilən fərmanda tavan qiymətləri tətbiq edənlərə neft daşımalarının ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə biləcəyi vurğulanıb.

Fərmana əsasən, neft məhsullarının daşınmasına qoyulan qadağa Rusiya hökumətinin müəyyən edəcəyi tarixdən qüvvəyə minəcək.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak da dekabrın 23-də verdiyi açıqlamada tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarını satmayacaqlarını, lazım gələrsə, neft hasilatını 5-7% azalda biləcəklərini söyləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay