Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PUA ilə düşmən hədəflərini məhv etmiş şəhidimiz

Ölümündən sonra təltif olunan şəhidlərimizdən bir də Neftçalalı gizir Ağasadıq Aslanovdur.

"Report"un Muğan bürosunun məlumatına görə, Aslanov Ağasadıq Xəlil oğlu 1991-ci ildə Neftçala rayonunun Kürqarabucaq kəndində anadan olub.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində 42 gün igidliklə döyüşərək 29 yaşında şəhid olub.

42 gün düşmənə qan udduran hərbçimiz pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında və düşmən hədəflərinin məhv edilməsində göstərdiyi şücaətinə görə Ali baş komandan tərəfindən ən ali mükafatlarla - "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin atası Xəlil Aslanov deyir ki, Ağasadıq öz istəyi ilə hərbiçi olmuşdu. Hərbi xidməti başa vurandan sonra atası Xəlil kişi ilə məsləhətləşdikdən sonra ordu sıralarına qatılır. Hərbi xidmət zamanı göstərdiyi cəsarət və fəallıq komandirlərin gözündən yayınmayıb. O, pilotsuz aparatların idarə edilməsi kursuna qəbul edilib. Təlim zamanı yiyələndiyi bilikləri döyüşdə bacarıqla tədbiq edərək düşmən istehkamlarını dəqiq hədəf alaraq məhv edib.

Ağasadıq Aslanovun döyüş yolu Fizulidən, Cəbrayıldən, Zəngilandan, QubadlıŞuşadan keçib. 42 gün cəsarətlə döyüşüb. Müharibənin bitməsinə bir gün qalmış Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanan qəhrəman şəhid olub.

Bu gün hamı Ağasadığın əxlaqlı və vətənpərvər olduğundan ağız dolusu danışır.

Anası Məlahət Aslanova deyir ki, oğlum müharibə başlayarsa, şəhid olacağını qürurla bildirirdi. Məhz bu istəyin nəticəsidir ki, Ağasadıq hamının sevimlisinə çevrilib. İgid döyüşçümüz ölümündən sonra bir medal və bir ordenlə təltif edilib. Verilən qiymətlə bu gün bütün Neftçala qürur duyur.

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar