Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Proseslər aktiv müharibə müstəvisinə keçə bilər” - Təhlil

İyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş

Görüşdən sonra Məmmədyarov jurnalistlərə açıqlama verib. O, “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib.

Siyasi şərhçi Əhəd Məmmədli belə görüşlərin davam etməsini təbii sayır: “Azərbaycan nümayəndə heyətinin ABŞ rəsmləri ilə mütəmadi görüşmələrindən yanayam. Regionda güclərin balansı üçün bu cür görüşlər lazımdır. Ümumiyyətlə, Azərbaycanın ABŞ-la sıx təmasda olmasını vacib və bizim üçün əhəmiyyət kəsb edən bir siyasi xətt hesab edirəm. Vaşinqtonda ATƏT həmsədrləri və ABŞ rəsmiləri ilə xarici işlər nazirimizin görüşünü, sonra da erməni həmkarı ilə danışıqlar aparmasını danışıqlar xəttinə uyğun diplomatik bir gediş sayıram. Ələlxüsus da cəbhə xəttində gərginlik dövründə diplomatların bir araya gəlməsi normal bir haldır. Amma bu cür görüşlərin kardinal nəsə dəyişəcəyi düşüncəsində deyiləm. Danışıqlarla nəsə dəyişsəydi, 25 ildə dəyişərdi. Bu cür görüşlər cəbhə xəttində maksimum müvəqqəti gərginliyi aradan qaldırar. Bir az keçdikdən sonra yenə gərginlik artacaq. Birdəfəlik cəbhə xəttində gərginliyin aradan qaldırılmasını istəyiriksə, genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, nəhayət, torpaqlarımızı azad etməliyik. Əks halda, çox keçməz Qarabağ da Qüds, Holan təpələri, Abxaziya, Osetiyanın taleyini yaşayacaq.

Anlamalıyıq ki, artıq vaxtdır. Bu cür vəziyyətdə zaman bizim deyil, düşmənin xeyrinə işləyir. Adətən biz bu cür görüşlərdə məlumatı daha çox xarici mediadan, erməni rəsmilərindən alırıq. Fikrimcə, rəsmi Bakı bu yanaşmanı düzəldib mediası ilə informasiyanı bölüşməlidir. Məncə, bu cür görüşlərlə heç bir nəticə olmayacaq. Azərbaycanın xeyrinə, ümumiyyətlə, heç bir nəticəsi olmayacaq. İllər keçdikcə bu cür görüşlər əhəmiyyətini itirir, gözləntiləri azaldır. Bu görüşü zəruri edən amillər beynəlxalq vasitəçilərin status-kvonun qalması istəyidir. Qarabağ münaqişəsində status-kvonun qalması Azərbaycandan başqa bütün maraqlı tərəflərin xeyrinədir. Skeptik görünmək istəmirəm, amma reallıq bunu deyir. Biz də dövlət, xalq olaraq reallığı nəzərə alıb, buna uyğun hərəkət edib, ancaq müharibə yolu ilə işğalçı düşmənlərimizi torpaqlarımızdan qovmalıyıq”.
Hərbi icmalçı Ramil Məmmədli isə bu cür görüşləri müsbət sayır: “Xarici işlər nazirlərinin münaqişənin həlli ilə bağlı istənilən görüşü təqdir olunmalıdır. Görüşün ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilməsi isə münaqişənin həllində fəallığın artması anlamına gəlir. Bunu həm də cəbhədə gərginliyin yumşaldılması, müharibə riskinin azaldılması kimi də dəyərləndirmək olar. ABŞ bir neçə dəfə münaqişənin sülh yolu ilə həlində ciddi addımlar atmaq istəyini nümayiş etdirsə də, Minsk Qrupunun digər həmsədri prosesin yekunlaşmasına imkan verməyib. Bu, ABŞ-ın münaqişənin həlli ilə bağlı növbəti həmləsidir. Bilavasitə münaqişənin həllinə yönəlib. Lakin Ermənistanın Kremldən tam asılılığı vəziyyəti hər an dəyişə bilir. Bu baxımdan diplomatik cəhdlərin nəticə verib-verməyəcəyini demək olmaz. O ki qaldı Qarabağ münaqişəsinin həllinin hansı müstəvidə müzakirəsinə, onu deyim ki, bu, birmənalı diplomatların-siyasətçilərin işidir. Hərbçilər yalnız siyasətçilərin əmrini icra edir. Bu mənada müdafiə nazirlərinin sülh arama imkanları və səlahiyyətləri yoxdur. Bu görüşdən hansısa köklü dəyişikliyin və ya nəticənin gözlənilməsi sadəlövhlükdür. Lakin cəbhədə gərginliyin azaldılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Əks təqdirdə, cəbhədə proseslər aktiv müharibə müstəvisinə keçə bilər. Belə olan təqdirdə isə sülh şansları bütünlüklə məhv olar. Açığını desək, bu, Ermənistanın xeyrinə deyil. Çünki hərbi əməliyyatlar başlayarsa, onun qarşısını almaq çətin olacaq. Məhz bu amil XİN rəhbərlərinin görüşünü zəruri etdi. Əks təqdirdə, müharibə qarşısıalınmaz hal ala bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüş barədə öz facebook profilində status paylaşıb. Geniş statusdan bu hissəni təqdim edirik: “Vaşinqton görüşündə nəticə əldə olunmayıb. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton, sadəcə, bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”. (Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar