Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin demarşı və əzələ nümüyişi - Putinin “aşpazı” kimə meydan oxuyur?

Dünən Sankt-Peterburqda “Vaqner” Özəl Hərbi Şirkətinin qəragahının açılışı olub…

“Əl-Cəzirə” : ““Vaqner” qrupu öz hərbi gücünü kölgədə tətbiq etdiyi illərdən fərqli olaraq bundan sonra artıq ictimai profilini gücləndirmək fikrindədir”.

Rusiyanın əvvəllər “məxfi” olan, qeyr-rəsmi fəaliyyət göstərən özəl muzdlu qüvvələri olaraq bilinən “Vaqner Qrupu” Rusiyanın Sankt Peterburq şəhərində ilk rəsmi qərargahını açıb.

PİA.az xəbər verir ki, “Aljazeera” bununla bağlı məqlə ilə çıxış edib.

Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan Yevgeni Priqojinin nəzarətində olan qrup cümə günü Sank Petrburqda üzərində böyük, ağ “Vaqner” lövhəsi olan parlaq, şüşəli çoxmərtəbəli qərargahını açıb.

“Vaqner Mərkəzi”nin açılması Priqojin tərəfindən rus muzdluların hərbi nailiyyətlərini ictimaiyyətə çatdırmaq və Rusiyanın müdafiə siyasətinin formalaşmasında daha çox ictimai rol oynamaq üçün növbəti addım kimi qiymətləndirilir. Əl-Cəzirənin şərhinə görə, Vaqner hərbi gücünü kölgədə tətbiq etdiyi illərdən fərqli olaraq bundan sonra artıq ictimai profilini gücləndirmək fikrindədir.

Xatırladaq ki, Priqojin Rusiyanın Ukraynadakı müharibəsindəki uğursuzluqları ilə bağlı bir sıra tənqidi çıxışlar etmiş, Moskva generallarının hərbi qabiliyyətlərini ələ salan Çeçenistan lideri Ramzan Kadırova qoşulmuşdu.

Həmçinin Priqojin bu yaxınlarda uzun müddətdir ki, Ukraynada Rusiya ordusuna dəstək verən və Afrika, Suriya və Liviyada əməliyyat aparan muzdlu əsgərlərin arxasında dayandığını təsdiq etmişdi. Priqojin keçən ay açıq şəkildə ilk dəfə olaraq “Vaqner”in qurucusu və sahibi olduğunu təsdiqləyib.

Avropa İttifaqı üzvlərinin əksəriyyəti keçmiş hərbi qulluqçulardan ibarət muzdlu “Vaqner Qrupu”nu insan haqlarını pozmaqda ittiham edib və Moskvanın adından dünyanın müxtəlif yerlərində gizli əməliyyatlar həyata keçirdiklərini bildirib. ABŞ və Aİ Priqojinə qarşı qruplaşmadakı roluna görə sanksiya tətbiq edib.

2021-ci ildə Aİ Vaqner Qrupunun Ukrayna, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Sudan və Mozambikdə işgəncə və məhkəməsiz qətllər də daxil olmaqla sui-qəsdlərə görə məsuliyyət daşıdığını bildirib.

“PMC Wagner Center”in missiyası Rusiyanın müdafiə qabiliyyətini təkmilləşdirmək üçün yeni ideyalar yaratmaq üçün rahat mühit təmin etməkdir”, deyə Priqojin cümə günü açılış mərasimi ilə bağlı verdiyi açıqlamada bildirib.

Böyük polad və şüşə konstruksiyalardan tikilən ofis binasının açılışına cümə günü hərbi geyimli veteranlar, gənc texnologiya və mədəniyyət xadimləri qatılıb, millətçi və Kremlpərəst mədəniyyət xadimləri açılış mərasimində “Vaqner” Qərargahının “böyük ölkəmizi daha da inkişaf etdirməyə daha yaxşı kömək edəcək”, kimi fikirlər səsləndiriblər.

Mərkəzin mətbuat katibi Anastasiya Vasilevskaya isə deyib: “Biz İT, sənaye texnologiyaları ilə məşğul olan və milli müdafiə sahəsi üçün yeni ideyalar hazırlayan startapları əməkdaşlığa dəvət edirik. Biz, əlbəttə ki, idxalı əvəz edə biləcək layihələrdə maraqlıyıq”.

Qeyd edək ki, Ukraynanın işğalından sonra Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Rusiyanın xarici silah texnologiyaları almasını çətinləşdirib.

“Belə bir mərkəzin yaradılması uzun müddət idi ki, planlaşdırılırdı. Bir az gec reallaşdı”, - deyə hərbi kamuflyaj geyinmiş “Vaqner” könüllüsü Aleksey Savinski bildirib: “Bu mərkəz xüsusi hərbi əməliyyatdan bir il əvvəl açılmalı idi. Beləliklə, bu Mərkəz qrafikdən iki il geridə qaldı”, deyə “Vaqner” könüllüsü əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar