Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin verdiyi açıqlamalar və 2024-cü ildə Cənubi Qafqaz...

İlham Əliyevin mesajları fonunda Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı necə görünür?..

Politoloq: “Azərbaycan Prezidentinin verdiyi açıqlamalar sensasion olmaqla yanaşı bir sıra məsələlərə dəqiqlik gətirdi, xüsusən də, “Zəngəzur dəhlizi” və Ermənistanın Azərbaycana təhlükə yaradacaq vəziyyətdə Azərbaycanın necə davranacağını açıq şıkildə ortaya qoydu”.

Prezidentin qeyd etdiyi kimi Ermənistan ya dalan ölkə olmaq yolunu, ya da regionun bütün infrastruktur layihələrinə çıxış yolu əldə etməklə inkişaf yolunu seçəcək”.

Bu sözləri politoloq Azər Qasımov Prezident İlham Əliyevin Ermənistana son mesajlarını Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi geniş müsahibəsində ötən üç ildə əldə olunan uğurlu nəticələr ətraflı şəkildə şərh olunub. Prezidentin verdiyi açıqlamalardan çıxış edərsək, 2024-cü il Cənubi Qafqaza nələr vəd edir? Bu açıqlamalar fonunda Azərbaycan-Ermənistan münasibətlərinin inkişafını necə dəyərləndirmək olar?

2024-cü il Cənubi Qafqazda baş verə biləcək prosesləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “2024-cü ilin Cənubi Qafqazda sülh ili olması təbii ki, bizim arzumuzdur. Ancaq qonşularımızın belə bir arzusunun olmasını yaşayıb görəcəyik”.

Bir il də itirməyin Ermənistan üçün daha ağır nəticələrə səbəb olacağını qeyd edən politoloq Poliqon-a açıqlamasında bunu Ermənistanın da yaxşı başa düşdüyünə ümid etdiyini vurğulayıb:

Azərbaycan Prezidentinin verdiyi açıqlamalar sensasion olmaqla yanaşı bir sıra məsələlərə dəqiqlik gətirdi, xüsusən də, “Zəngəzur dəhlizi” və Ermənistanın Azərbaycana təhlükə yaradacaq vəziyyətdə Azərbaycanın necə davranacağını açıq şıkildə ortaya qoydu. Prezident açıq şəkildə bildirdi ki, Ermənistan bu il özünün geosiyasi seçimini etməlidir. Digər tərəfdən əgər Ermənistan Azərbaycana təhlükə yaradacaq hala gələrsə, bu zaman Bakı bunun qarşısını almaq üçün hər şeyi edəcək. Hesab etmək olar ki, xüsusən bu iki məsələ barəsində olan açıqlama Ermənistanla olacaq münasubətlərin inkişafında əsas və əhəmiyyətli rol oynayacaq.

Prezidentin qeyd etdiyi kimi Ermənistan ya dalan ölkə olmaq yolunu, ya da regionun bütün infrastruktur layihələrinə çıxış yolu əldə etməklə inkişaf yolunu seçəcək. 2024-cü ilin Cənubi Qafqazda sülh ili olması təbii ki, bizim arzumuzdur. Ancaq qonşularımızın belə bir arzusunun olmasını yaşayıb görəcəyik. Regiondan kənar ölkələrin belə arzusunun olmadığı isə kəsindir. İndi Ermənistan hansı istiqaməti seçəcəyinə bu il qərar verməlidir.

Azər Qasımov: “Cənubi Qafqaz regionunun gələcəyini bütün ətraf ölkələrin iqtisadi maraqları fonunda əməkdaşlıq üçün yaradılacaq mühit həll edəcək”.

Prezidentin də qeyd etdiyi son üç il müddətində olan proseslər Ermənistana hələ ki, məğlubiyyətdən başqa heç nə gətirməyib. Bir il də itirmək Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. Bunu Ermənistan da ümid edirik ki, yaxşı başa düşür. Ermənistanın Qərbə istiqamətlənmiş siyasət yürütməsi isə region üçün stabillik vəd etmir. Azərbaycan bu proseslərdən kənar olsa da, ümumi regional gərginlikdən hər kəs ziyan görə bilər.

Hesab edirəm ki, Cənubi Qafqaz regionunun gələcəyini bütün ətraf ölkələrin iqtisadi maraqları fonunda əməkdaşlıq üçün yaradılacaq mühit həll edəcək. Ermənistan sadəcə bu mühitin onlara verəcəyini başa düşsə, bütün problemlər həll olunacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Ən çox oxunanalar