Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Sərəncamına əsasən təxris olunan əsgərlərə ayrılan vəsait Naxçıvana gedib çıxmayıb?

Adının açıqlanmasını istəməyən, Naxçıvan hakimiyyətinə yaxın dairələrdən aldığım məlumata görə, təxris olunan əsgərlərin hər birinə ayrılan 1080 manat Bakıdan göndərilməyib.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidir.
 
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq: “Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir”.
 
Loru dilinə tərcümə etsək, müharibə şəraiti nəzərə alınaraq məcburi hərbi xidmət müddətindən artıq qulluq edən hər əsgər üçün ayda 360 manat əlavə müavinət ayrılıb.
 
Dünən Naxçıvanın Culfa rayonunun N saylı hərbi hissəsindən təxris olunan əsgərlərin yaxınlarının Ovqat.com-a verdiyi məlumata əsasən, hərbçilərimizə bu müavinət verilməyib.
 
Şikayəti sonuna qədər araşdıracağıq və hər kəsin mövqeyini işıqlandırmağa hazırıq. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar