Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident və Baş komandanın qarşıdurması...

Zelenskinin tabeliyində olan bəzi şəxslər Zalujnının “ayıq qənaətləri” ilə razılaşırlar...

Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnı arasında münaqişə “proqnozlaşdırıla bilən” olub və bu, əks-hücum əməliyyatının uğursuzluğuna səbəb olub.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı yazır. Nəşrin adı çəkilməyən Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Zelenskinin ofisində prezidentin mövqeyi ilə deyil, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının fikri ilə daha çox razılaşanlar var.

“Bu insanlar Zalujnının cəbhədəki dalana dirənməsi ilə bağlı fikirlərini bölüşürlər, onlar hesab edirlər ki, indi vəziyyəti kökündən dəyişmək çox çətin olacaq. Onlar Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini və döyüş meydanında uğur qazandığını açıq şəkildə bəyan etməyə davam edən Zelenskinin fikri ilə razılaşmırlar”, deyə nəşrin həmsöhbətlərindən biri bildirib.

The Economist ona diqqət çəkir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı hələ heç bir siyasi ambisiya bəyan etməsə də, sorğulara görə, noyabrın ortalarına qədər Valeri Zalujnıya inam təxminən iki dəfə artıb. Lakin onun reytinqi Vladimir Zelenski kimi yüksək deyil və 70% -ə qarşı 32% təşkil edir. Lakin nəşrin müsahibə aldığı analitiklər bildiriblər ki, Zalujnı kampaniya zamanı onun rəqibi olarsa, Zelenski prezident seçkilərində ciddi uğursuzluğa düçar ola bilər.

Qeyd edək ki, noyabrın 27-də Ali Radanın hakim partiyadan olan deputatı deputatı Maryana Bezuqlaya Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının istefaya getməli olduğunu bəyan edib. Onun sözlərinə görə, Zalujnı genrallara “ictimai olmayan müzakirə” zamanı “2024-cü il üçün plan” təqdim etməyib. Eyni zamanda, Ukrayna ordusu xanım Bezuqlanın bəyanatını “hakimiyyətin Ukrayna Silahlı Qüvvələrinin baş komandanına hücumu” kimi qıbul edib. Buna görə də Ukrayna prezidentinin aparatı Radanın deputatını kəskin tənqid edib və açıq şəkildə bildirib ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin komandanının dəyişdirilməsi məsələsinə baxılmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar