Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevin səfəri Gürcüstanda siyasi qalmaqala yol açdı

Necə ola bilir ki, İlham Əliyevin Gürcüstan səfərindən Salome Zurabişvilinin xəbəri olmasın?..

Politoloq: “Son zamanlar Gürcüstan Prezident Adminstrasiyası ilə Baş nazirlik arasında ziddiyyətlər, dövlət ənənələrinə zidd olan yeni münasibətlər hökum sürməkdədir”.

“Gürcüstanın Prezident Adminstasiyasının Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfərə gəlməsindən xəbərsiz olduğunu deməsi doğru deyil”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin Gürsütana səfərindən Gürcüstanın Prezident Adminstasiyasının xəbərsiz olması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan prezidenti İlham Əliyevin işgüzar səfəri ilə bağlı Gürcüstanda siyasi qalmaqal yaşanıb. Gürcüstanın Prezident Adminstasiyası Salome Zurabişvilinin Azərbaycan prezidentinin bu ölkəyə işgüzar səfərindən xəbərsiz olması və bu üzdən də prezidentlərin görüşünün baş tutmaması ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyevin qonşu ölkəyə işgüzar səfəri baş tutb. Səfər çərçivəsində İlham Əliyevin Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşü olmayıb. Buna açıqlıq gətirən Gürcüstanın Prezident Adminstasiyasından bildiriblər ki, onlar bu səfərdən məlumatsız olduqlarına görə təəssüf ki, iki ölkənin prezidentləri arasında görüş baş tutmayıb. Həmçinin Gürcüstan prezidenti Salome Zurabişvili ən yaxın zamanda İlham Əliyevlə rəsmi qaydada görüşməyə hazır olduğunu və bunu arzuladığını bildirib.

Qeyd edək ki, Gürcüstanın Prezident Adminstasiyasının bu bəyanatı əslində qonşu ölkədə dövlət qurumları arasında qarşıdurmanın olmasından və ölkə prezidenti ilə hökümət arasında əlaqənin itməsindən xəbər verir.

Bu necə ola bilir? Gürcütan höküməti ilə Prezident Adminstasiyası arasında belə bir qalmaqalın yaşanmasına səbəb nə ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Xanım prezident ölkədə demokratiyanın dərinləşmədiyini iddia edir və sair. Buna görə də hökumətlə Salome Zyrabişvili arasında soyuqluq var”.

Hökumətlə Salome Zyrabişvili arasında soyuqluğun olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bu səbəbdən də bir sıra məsələlərdə Salome Zurabişvilinin iştirakı təmin edilmir:

“Son vaxtlar Gürcüstan prezidenti Salome Zurabişvili ilə hökumət, ümumiyyətlə iqtidar arasında ciddi soyuqluq var. Buna görə də bir sıra dövlət tədbirlərinə prezident Salome Zurabişvili dəvət edilmir. Eyni zamanda hökümətin nəzarəti altında olan qurumlar əvvəlki prezidenti də belə gözümçıxdıya salaraq hakimiyyətdən getməsinə səbəb oldular.

Salome Zurabişvilinin Gürcüstanda özünəməxsus davranışları var. Onun bu davranışları Sarkaşvilinin davranışlarının davamı kimi görünür. Məsələn xanım prezident ölkədə demokratiyanın dərinləşmədiyini iddia edir və sair. Buna görə də hökumətlə Salome Zurabişvili arasında soyuqluq var. Bu səbəbdən də bir sıra məsələlərdə Salome Zurabişvilinin iştirakı təmin edilmir.

Qabil Hüseynli: “Görünür ki, Salome Zurabişvili özü də İlham Əliyevlə görüşmək istəyib və buna görə belə bir açıqlama ortaya çıxıb”.

Gürcüstanın Prezident Adminstasiyasının Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfərə gəlməsindən xəbərsiz olduğunu deməsi əslində doğru deyil. Gürcüstanın Prezident Adminstasiyasının səfərdən xəbəri təbii ki, olub. Sadəcə, protokolda yer almadıqlarına görə belə bəyanat yayıblar. Görünür ki, Salome Zurabişvili özü də İlham Əliyevlə görüşmək istəyib və buna görə belə bir açıqlama ortaya çıxıb.

Hər bir halda qeyd etmək lazımdır ki, son zamanlar Gürcüstan Prezident Adminstrasiyası ilə Baş nazirlik arasında ziddiyyətlər, dövlət ənənələrinə zidd olan yeni münasibətlər hökum sürməkdədir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ən çox oxunanalar