Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib...

PİA.az xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edilib. Söhbət zamanı TÜRKPA-nın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirilib. Vurğulanıb ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək. (APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar