Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident ideoloji sahədən narazıdır - Bəs əsas çatışmamazlıqlar nədən ibarətdir?

Etiraf etmək lazımdı ki, Azərbaycanın ideoloji məkanında hələ də sovet təbliğatının ünsürləri əsas rol oynayır...

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda ideoloji sahədə boşluğun olması məsələsi tamamilə doğrudur”.

Ələsgər Məmmədli: “Azərbaycanda ideoloji sahə ilə bağlı ilk növbədə ən böyük problem hökumətin özündən gəlir”.

Dünən Prezident İlham Əliyev BDU-nun 100 illiyinə həsr edilmiş mərasimdə çıxışı zamanı mühüm və hətta sensasion sayılacaq bəyanatla çıxış edib. Çıxışı zamanı Azərbaycanda ideoloji sahədə boşluq və nöqsanların olduğunu və bu boşluqların doldurulmasının zərurətini dilə gətirib. Prezident Azərbaycanda ideoloji işə yenidən baxmağın zəruriliyini bildirib, deyib ki, bu sahədə boşluqlar var:

“Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var.

Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”, deyə prezident bildirib.

Etiraf etmək lazımdı ki, Azərbaycanın ideoloji məkanında hələ də sovet təbliğatının ünsürləri əsas rol oynayır. Bəs ideoloji cəbhənin əsas çatışmamazlıqları hansılardır və yeni idoloji platforma özündə nəyi əks etdirməlidir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna və media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədliyə müraciət edib.

Sərdar Cəlaloğlu: “Suni ideologiyaların yaradılmasından imtina edilməlidir”.

Həqiqətən də Azərbaycanda idoloji boşluğun olduğunu qeyd edən ADP sədri PİA.az-a açıqlamasında bildirib ki, ideologiya cəmiyyəti bir araya gətirməyə, həmrəylik yaratmağa, milli problemlərin həllində kifayət qədər məhsuldar olmalıdır:

“Bu məsələni biz 100 dəfə qaldırmışıq. Müxalifət olduğumuza görə də hökumət tərəfdarları ilə amansız qarşılanmışıq. Həqiqətən də Azərbaycanda ideoloji boşluq var. Burda söhbət ideologiyadan getmir. Azərbaycanda ideya boşluğu var. Yəni istər iqtidar, istər xalq, istər də millət hansı ideyaları rəhbər götürməlidir çox vaxt bilmirlər.

İdeologiya cəmiyyəti bir araya gətirməyə, həmrəylik yaratmağa, milli problemlərin həllində kifayət qədər məhsuldar olmalıdır. Ona görə də bu gün Azərbaycanda ideoloji sahədə boşluğun olması məsələsi tamamilə doğrudur. Hesab edirəm ki, bu istiqamətdə çox yaxşı düşünülməlidir və sistemli çalışmalar ortaya qoyulmalıdır. Suni ideologiyaların yaradılmasından imtina edilməlidir. Dünya təcrübəsi göstərir ki, şəxslərə, maraqlara uyğun ideoloji sistemin yaradılmasının həm ömrü qısadır, həm də heç bir nəticəyə gətirib çıxara bilməz.

Sərdar Cəlaloğlu: “Tarixdə Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlar arxa planda qalıb”.

Xüsusən də İlham Əliyevin çıxışında tarixə münasibət məsələsi var. Bizim ən böyük işlərimizdən biri də ideoloji işlərimizin biri öz tariximizi yaşatmaqda olar. Amma çox təəssüf ki, bu ideologiya yoxdur. Hətta Azərbaycan tarixinə olan münasibət olduqca fərqlidir. Məsələn Azərbaycanda bu qədər metrolar, şadlıq evləri var. Amma baxın görün Azərbaycanın tarixi şəxsiyyətlərindən bir nəfərin adın xatırladan nə isə var? Bu 20-30 ildə hakimiyyətin ən böyük qüsurlarından biridir ki, tarixə münasibət yanlış olub.

Tarixdə Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlar arxa planda qalıb. Arxa planda qalmayanlar da başqa formada təqdim edilib. Bütün bunlara görə də hesab edirəm ki, qoyulan məsələ düzdür. Amma problemi düzgün qoymaq başqa məsələ, onu düzgün həll etmək isə başqa bir məsələdir. Problem düzgün həll edilməyəndə başqa bir problem ortaya çıxır”.

Ələsgər Məmmədli: “Təəssüf olsun ki, Azərbaycan Parlamentində hələ də müstəqillik əleyhinə səs verən deputatlar oturublar”.

Hökumətin 100 il əvvəli ya hədəf aldığını, ya da sistemli şəkildə unutdurmağa çalışdığını düşünən media hüququ üzrə mütəxəssis isə açıqlamasında əlavə edib ki, bu həm də ölkədə ideoloji prosesin çatışmamazlığının bir nəticəsidir. Əgər Azərbaycan öz cümhuriyyət dəyərlərinə sahib çıxsa, bayrağımızda konkret olaraq əksini tapan üç ideoloji özərinə siyasi investisiya qoyulsa, bu zaman bu boşluq olmaz:

Azərbaycanda ideoloji sahə ilə bağlı ilk növbədə ən böyük problem hökumətin özündən gəlir. Azərbaycan 100 il əvvəlki mirasa sahib çıxmaq əvəzinə davamlı olaraq onu itirməklə məşğuldur. Hökumət 100 il əvvəli ya hədəf alır, ya da sistemli şəkildə unutdurmağa çalışır. Bu həm də ölkədə ideoloji prosesin çatışmamazlığının bir nəticəsidir.

Əgər Azərbaycan öz cümhuriyyət dəyərlərinə sahib çıxsa, bayrağımızda konkret olaraq əksini tapan üç ideoloji özərinə siyasi investisiya qoyulsa, bu zaman bu boşluq olmaz.

Ələsgər Məmmədli: “Hökumətin atacağı yeganə addım bir an öncə cümhuriyyətə sahib çıxmaq, cümhuriyyətin dəyərlərini paylaşmaq, onun ideologiyasına sahib çıxmaq və onun üzərində inkişaf etməkdir”.

Amma təəssüf olsun ki, Azərbaycan Parlamentində hələ də müstəqillik əleyhinə səs verən deputatlar oturublar. Hər il müstəqillik günündə çap olunan siyahıların bəziləri hələ də hökümətdən vəzifə alır. Sovet Partiya Komitəsinin sadəcə olaraq adı dəyişib. Onlar yeni adda, yeni simada eyni funksiyanı həyata keçirir.

Hakim partiya ideoloji məsələlərdə üzərinə düşəni etməyib. Buna görə də bu sahədə çatışmamazlıqlar varsa, bunun sorumlulusu da biavasitə hökumətin özüdür. Düşünürəm ki, hökumətin atacağı yeganə addım bir an öncə cümhuriyyətə sahib çıxmaq, cümhuriyyətin dəyərlərini paylaşmaq, onun ideologiyasına sahib çıxmaq və onun üzərində inkişaf etməkdir. Bizim yeni bir amerika kəşf etmək durumumuz yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar