Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Administrasiyasında daha bir görüş – Müxalifət liderləriylə təmaslar davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüylə başladılan müxalifətlə dialoq siyasəti çərçivəsində, bu gün Prezident Administrasiyasında daha bir partiya sədriylə görüş keçirilib...

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin budəfəki görüşü Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə olub.

Görüşdə milli dövlətçilik tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə və qurucularına, eyni zamanda dövlət müstəqilliyinin bərpasına və bərpaçılara – istiqlalçı millət vəkillərinə münasibət, demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların nəticələrini müsbət qiymətləndirməklə yanaşı, onun davamlı və dayanıqlı olmasının önəmliliyi məsələsində həmfikir olduqlarını bildiriblər.

Xatırladaq ki, Ədalət Vəliyev, AXCP sədri Əli Kərimli istisna olmaqla, indiyədək əksər müxalif partiya sədrləriylə görüş keçirib, onların ölkənin problemləriylə bağlı fikir və təkliflərini dinləyib. AXCP isə görüş üçün əlavə şərtlər irəli sürdüyündən, qəbul edilməyib.

Müxalifət partiyaları ilə keçirilən görüşlərin nəticəsi olaraq, indiyədək qeydiyyatından imtina edilən bir neçə partiya dövlət qeydiyyatına alınıb, həmçinin “Real” Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova Ali Məhkəmədə bəraət verilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar