Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Administrasiyasına ən çox şikayət edilən rayonlar - Siyahı

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir

"2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb”.

PİA.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

Şöbə müdiri qeyd edib ki, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı isə azalıb: "Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur”.

S.İsmayılov bildirib ki, 2018-ci ildə "President.az” saytının "Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilib, bir çoxu isə müvafiq qaydada qeydiyyata alınaraq qəbulda iştirak edib: "Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət ediblər. Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət ediblər”.

Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar