Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Nikol Paşinyanın Qərbin növbəti qurbanlıq keçisi olması istisna deyil...

XİN-dən bildirilib ki, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib...

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyanın da Qərbin növbəti qurban olması istisna deyil. Çünki ABŞ öz maraqları naminə faktiki olaraq Ermənistandan istifadə edir”.

“Ehtimal etmək olar ki, sözügedən konfransdan sonra Ermənistanın aqressiv ritorikası güclənəcək, İrəvan sülhdən yayınmağa çalışacaq”.

Bu sözləri politoloq Kənan Novruzov Azərbaycan Xarici İşlər Nazirliyinin son bayatını Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi 5 aprel 2024-cü ildə Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirilib ki,Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib.Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir.

Bəs, aprelin 5-də Brüsseldə ABŞAvropa Birliyindən təhlükəsizlik təminatı alan Ermənistan regionda sülh yaranmasına maraqlı olacaqmı?

Mövzunu Poliqon-un əməkdaşı “Report” İA-nin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Nikol Paşinyan bütün çətinliklərə, hətta böhranlara baxmayaraq, indiyə qədər hakimiyyətdə qalmasına görə məhz ABŞ-a minnətdar olmalıdır”.

Həm Brüssel, həm də Vaşinqtonun Ermənistanın “başının altına yastıq qoyduqlarını” düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistana təhlükəsizlik təmonatı verilməsi adı altında əslində Qərb İrəvanı öz satellitinə çevirir:

“Öncə onu deyək ki, üçtərəfli konfrans nə Aİ, nə də ABŞ-ın dediklərinə uyğundur. Belə ki, hər iki tərəf Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında, regional əməkdaşlıq mühitinin təmin olunmasında səmimi olduqlarını deyirlər. Amma əməldə bunu göstərmirlər. Əksinə, hər fürsətdə Ermənistanın separatist fəaliyyətlərini dəstəkləyir və Ermənistandakı mövcud hakimiyyətdən öz maraqları naminə istifadə edirlər.

Həm Vaşinqtonun, həm də Brüsselin xarici siyasət kursu üçün ən səciyyəvi detallardan biri daimi münasibətlər yox, daimi maraqlar prizmasından hərəkət etməsidir. Ağ Evin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri bunu təsdiqləyir. Gürcüstanda keçmiş Prezident Mixail Saakaşvilinin başına gələnlət də buna nümunədir.

Ermənistan Baş naziri Nikol Paşinyanın da Qərbin növbəti qurbanlıq keçisi olması istisna deyil. Çünki ABŞ öz maraqları naminə faktiki olaraq Ermənistandan istifadə edir. Vaşinqtonun maraqları Cənubi Qafqazda təsir imkanlarının gücləndirilməsini, Rusiyanın bölgədəki “rıçaqlarının” zəiflədilməsini nəzərdə tutur. Elə buna görə də zaman-zaman Ermənistandakı mövcud iqtidardan istifadə edir. Nikol Paşinyan bütün çətinliklərə, hətta böhranlara baxmayaraq, indiyə qədər hakimiyyətdə qalmasına görə məhz ABŞ-a minnətdar olmalıdır. Səbəb də odur ki, Qərbin Paşinyanla bağlı planları hələ bitməyib. Yeri gəlmişkən, xatırladaq ki, 2018-ci ildə Paşinyana hakimiyyətə gətirən də məhz Qərb olmuşdu.

Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ rəsmiləri sülhlə bağlı bəyanatlarında səmimi deyillər. Çünki sülh təmin olunarsa, ABŞ-ın regiona təsir imkanları xeyli azalacaq, ümumiyyətlə, bölgədə üçüncü gücə ehtiyac qalmayacaq. Odur ki, ABŞ zaman-zaman sadəcə “mən burdayam” deyir və Rusiyanın Cənubi Qafqazda hərəkət etməsinə mane olmağa çalışır.

Kənan Novruzov: “Azərbaycan XİN-nin də qeyd etdiyi ki, bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü fəaliyyətləri və müharibə risklərini gücləndirəcək”.

Əslində ABŞ siyasəti ilə özünü ifşa edir. Belə ki, Vaşinqton balanslı davrandığını iddia etsə də, açıq-aşkar Ermənistanən sepatatist fəaliyyətini dəstəkləyir. Məsələn, aprelin 5-də Brüsseldə ABŞ, ErmənistanAvropa İttifaqı arasında müştərək konfrans keçiriləcək. Məqsəd nədir?

Azərbaycan Xarici İşlər Nazirliyinin martın 27-də yaydığı bəyanatda bildirilib ki, 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Bakı heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Təkcə bu fikrin özü Qərbin, o cümlədən ABŞ-nin ikili standartlarının ifşası baxımından əhəmiyyətlidir.

Azərbaycan XİN-nin də qeyd etdiyi ki, bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü fəaliyyətləri və müharibə risklərini gücləndirəcək.

Ehtimal etmək olar ki, sözügedən konfransdan sonra Ermənistanın aqressiv ritorikası güclənəcək, İrəvan sülhdən yayınmağa çalışacaq. Çünki həm Brüssel, həm də Vaşinqton onun “başının altına yastıq qoyurlar”. Beləliklə, Ermənistan özünü təhlükəsizlik hiss etməklə yanaşı, həm də aldığı direktivləri yerinə yetirir. Tarix siyasi riyakarlıqlara lazımi qiymət verir. ABŞ və Aİ bunu unutmamalıdır. Azərbaycana qarşı məkirli plan kağız üzərində qalacaq. Tarix isə buna layiqli qiymət verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ən çox oxunanalar