Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İranla Səudiyyə arasında İsraillə bağlı hərəkət birliyi meydana çıxa bilər...

Sünni ərəblərin lideri olan Səudiyyə Ərəbistanı ilə regiondakı şiələrin lideri olan İran arasında yaxınlaşma prosesi davam edir...

Politoloq: “Son dövrlər İranla Səudiyyə Ərəbistanı arasında yaxınlaşma prosesi sürətlə artmaqdadır. Amma bu əməkdaşlığın artmasının strateji nəticə verəcəyini düşünmürəm”.

İranSəudiyyə Ərəbistanı Fələstin məsələsində haradasa bir ortaq nöqtə tapa bilərlər”.

Bu sözləri politoloq Samir Hümbətov İranla Səudiyyə Ərəbistanı arasında olan yaxınlaşmanı Poliqon-a şərh edərkən qeyd edib

İranla Səudiyyə Ərəbistanı arasında yaxınlaşma prosesi davam edir. İran Prezidenti İbrahim Rəisinin Səudiyyəyə getməsi, orda görüşlər keçirməsi bu baxımdan diqqət çəkir.

Yaxın Şərqin arasında ziddiyyət olan iki böyük ölkəsi HƏMAS-İsrail müharibəsi fonunda strateji tərəfdaşlığa qədər yaxınlaşa bilərmi? Ümumiyyətlə, sünni ərəblərin lideri olan Səudiyyə Ərəbistanı ilə regiondakı şiələrin lideri olan İran arasında İsraillə bağlı hər hansı hərəkət birliyi meydana çıxa bilərmi?

İran-Səudiyyə Ərəbistanı yaxınlaşmasının nəticələrini Poliqon-un əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “İran-Səudiyyə münasibətləri müəyyən zamana hesablanmış taktiki gediş kimi də dəyərləndirilə bilər”.

Bu yaxınlaşmanın kənar təsirlərin tələbi və vadar etməsi ilə olduğu üçün hələ burada uğurlu bir nəticənin görünnmədiyinə diqqət çəkən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, HƏMAS-İsrail müharibəsii fonunda İran-Səudiyyə iş birliyi ola bilər:

“Son dövrlər İranla Səudiyyə Ərəbistanı arasında yaxınlaşma prosesi sürətlə artmaqdadır. Amma bu əməkdaşlığın artmasının strateji nəticə verəcəyini düşünmürəm. Çünki tarixdən bu günə qədər gördüyümüz ondan ibarətdir ki, müəyyən dönəmlərdə İranSəudiyyə Ərəbistanı arasında münasibətlər normal olub. Amma daha sonra bu münasibətlərin pozulması sürətlənib.

Burada ideoloji məsələ var. Yəni bir tərəfdə sünni, digər tərəfdə isə şiə dünyası anlayışı var. Səudiyyə Ərəbistanı daha çox sünni əqidəsinə mənsub olan tərəfin liderin qismində, İran isə şiə tərəfinin lideri qismində görülür. Buna görə də, İranSəudiyyə Ərəbistanının münasibətlərinin davamlı və strateji hal alması inandırıcı görsənmir. Amma İranSəudiyyə Ərəbistanı Fələstin məsələsində haradasa bir ortaq nöqtə tapa bilərlər.

Samir Hümbətov: “Əgər iki ölkə arasında münasibətlər bundan sonra uzun müddət artan xətt üzrə davam edəcəksə, bu zaman strateji baxımından nəysə gözləməyə dəyər”.

Nəzərə almaq lazımdır ki, 2016-cı ildə Nimel Əl Demirin Səudiyyə Ərəbistanında edam edilməsindən sonra İranla münasibətlər sıfır səviyyəsinə endirildi. Hər iki ölkə yenidən münasibətləri bərpa etməyə başlayıblar. Məncə bu kənar təsirlərin tələbi və vadar etməsi ilə olduğu üçün hələ burada uğurlu bir nəticə görsənmir. Amma HƏMAS-İsrail münasibətləri fonunda İran-Səudiyyə yaxınlaşması ola bilər.

Bir daha qeyd edim ki, İran-Səudiyyə münasibətləri müəyyən zamana hesablanmış taktiki gediş kimi də dəyərləndirilə bilər. Amma əgər iki ölkə arasında münasibətlər bundan sonra uzun müddət artan xətt üzrə davam edəcəksə, bu zaman strateji baxımından nəysə gözləməyə dəyər. Əgər münasibətlər davam etməyəcəksə, bu zaman bununla bağlı fikir bildirmək tez olardı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar