Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İlham Əliyev Makrona layiq olduğu cavabı verib...

Fransa prezidenti Ermənistanın Baş naziri ilə telefon danışığından sonra Azərbaycan prezidentinə zəng edib...

Tural İsmayılov: “Fransanın bütövlükdə AzərbaycanErmənistan arasındakı münasibətlərlə bağlı ortaya qoyduğu mövqe qəbuledilməzdir”.

“Bu gün öz coğrafiyasından kənar coğrafiyasında istismarçılıq və müstəmləkilik siyasəti həyata keçirən Fransanın hansı bir ölkənin daxilində yaşayan xalqla bağlı məsələlərdə qızışdırıcı mövqe tutması həm ədalətsizlik, həm də eyni zamanda çox böyük bir tarixi ayıbdır”.

Bu sözləri politoloq Tural İsmayılov Əliyev-Makron telefon danışığını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Fransa prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri ilə telefon danışığından sonra Azərbaycan prezidentinə zəng edib. Prezident İlham Əliyevin Makrona verdiyi cavabı necə şərh etmək olar və Fransanın vasitəçiliyi üçün perespektivlər varmı?

Fransanın Qarabağla bağlı təxribatçı siyasətini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Makronun prezident İlham Əliyevə zəngində Fransanın regionla bağlı məsələlərdə tutduğu mövqedən narazılığımızı ifadə etmişik”.

Avropa İttifaqı da daxil olmaqla Fransanın dünyanın bir çox çoğrafiyaları ilə bağlı mövqelərinin əsla anlaşılan olmadığını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu gün Fransanın dünyadakı siyasi prosesləri şərh edəcək və yaxud ona qarışacaq bir nüfuzu yoxdur:

“Fransanın bütövlükdə AzərbaycanErmənistan arasındakı münasibətlərlə bağlı ortaya qoyduğu mövqe qəbuledilməzdir. Fransa regionda vəziyyətin gərgin qalmasında özünü daha çox maraqlı tərəf kimi göstərir. Məhz Fransanın təxribatları nəticəsində bu gün seperatçılara dəstək verilir. Eyni zamanda Azərbaycanın haqq işi müdafiə edilmir.

Həmçinin hesab edirəm ki, Makronun Qarabağ erməniləri ilə bağlı ortaya qoyduğu əsla qəbul edilən deyil. Bu gün öz coğrafiyasından kənar coğrafiyasında istismarçılıq və müstəmləkilik siyasəti həyata keçirən Fransanın hansı bir ölkənin daxilində yaşayan xalqla bağlı məsələlərdə qızışdırıcı mövqe tutması həm ədalətsizlik, həm də eyni zamanda çox böyük bir tarixi ayıbdır.

Tural İsmayılov: “Fransa regionda vəziyyətin gərgin qalmasında özünü daha çox maraqlı tərəf kimi göstərir”.

Bu baxımdan hesab edirəm ki, Makronun prezident İlham Əliyevə zəngində Fransanın regionla bağlı məsələlərdə tutduğu mövqedən narazılığımızı ifadə etmişik. Eyni zamanda cənab Prezident Makrona layiq olduğu cavabı verib.

Bütövlükdə isə, bir daha qeyd edim ki, bu gün Avropa İttifaqı da daxil olmaqla Fransanın dünyanın bir çox çoğrafiyaları ilə bağlı mövqeləri əsla anlaşılan və qəbul edilən deyil. Bu gün Fransanın dünyadakı siyasi prosesləri şərh edəcək və yaxud ona qarışacaq bir nüfuzu yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Ən çox oxunanalar