Şənbə, 02 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Heç bir halda Ukrayna Rusiyanın qarşısında tək qalmayacaq...

ABŞ-ın Ukraynaya yardım göstərməsi ilə bağlı məsələ Konqresdə ilişib qalıb...

Nəsimi Məmmədli: “Ukraynanın Rusiya üzərində sürətli və qəti qələbəsinin yaradacağı təhlükəni Qərb nəzərə alır”.

Rusiyanın zəiflədilməsi və cilovlanması istiqamətində Qərbin strateji planları var. Ukraynanın cəbhədə ağır hərbi məğlubiyətə uğraması Qərbin məğlubiyyəti kimi qəbul ediləcək. Odur ki, Qərbin buna imkan verəcəyi real deyil”.

Bu sözləri politoloq Nəsimi Məmmədli ABŞ-ın Ukraynaya yardımı dayandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-ın Ukraynaya yardım göstərməsi ilə bağlı məsələ Konqresdə ilişib qalıb. Dünən Senat sərhədlərinin təhlükəsizliyi məsələsi olmadan Ukrayna, İsrail və Tayvanda yardımı təsdiqlədi. Lakin bu qanunun Nümayəndələr Palatasından keçməsi çox çətin görünür və iki partiyanın mövqeləri bu məsələnin həllində bir-birlərindən çox uzaqdırlar.

Vaşinqton vəd etdiyi yardımı Ukraynaya yollaya bilməsə cəbhədəki vəziyyət tam olaraq Rusiyanın xeyrinə dəyişə bilərmi və bu, ABŞ-ın Avropadakı və dünyadakı geostrateji vəziyyətinə necə təsir edər?

Ukrayna-Rusiya müharibəsindəki ABŞ-ın rolunu Poliqon-un əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “ABŞ-ın Ukraynaya yardım etməsi artıq milli təhlükəsizlik məsələsinə çevrilib”.

Qərbin bu müharibədən zərərlərinin böyük olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, tərəflər tezliklə müharibənin dayanması, sülh üçün bəzi güzəştli addımların atılması istiqamətində düşünmək məcburiyyətindədir:

Rusiya-Ukrayna müharibəsində Qərbin, xüsusilə də ABŞ-ın Ukraynaya davamlı hərbi, maliyyə və siyasi dəstəyi çox önəmlidir. Bu olmadan Ukraynanın Rusiyaya effektli hərbi müqavimətini sürdürməsi çətin olacaq. Qərbin Ukraynaya hərbi yardımları əsasən Ukraynanı hərbi məğlubiyyətdən qorumağa yönəlib. Rusiyanı bu müharibədə uzun müddət məşğul etmək və tədricən zəiflətmək taktikasına üstünlük verilib.

Ukraynanın Rusiya üzərində sürətli və qəti qələbəsinin yaradacağı təhlükəni Qərb nəzərə alır. Rusiya nüvə silahlarına sahib böyük dövlətdir. Avropa üçün hər an büyük təhdid yarada bilər. Odur ki, Rusiyanın zəiflədilməsi və cilovlanması istiqamətində Qərbin strateji planları var. Ukraynanın cəbhədə ağır hərbi məğlubiyətə uğraması Qərbin məğlubiyyəti kimi qəbul ediləcək. Odur ki, Qərbin buna imkan verəcəyi real deyil.

Qərbin yardımları dedikdə burada əsasən ABŞ-ın yardımları və yanaşması həlledicidir. ABŞ Nümayəndələr Palatasında Respublikaçıların üstünlüyü var. Xüsusilə də sabiq prezident Trampın tərəfdarları indiki prezident Baydenə nüfuz qazandıracaq layihələrin icrasına əngəl olmağa çalışır. Prezident seçkisi öncəsi tərəflərin siyasi rəqabətinin ölkənin strateji təhlükəsizliyinə xələl gətirməsinə imkan veriləcəyini sanmıram.

Nəsimi Məmmədli: “Rusiyanın zəiflədilməsi və cilovlanması istiqamətində Qərbin strateji planları var”.

Bu rəqabətin, fərqli yanaşmanın uzun müddət davam etməsi real deyil. ABŞ-ın Ukraynaya yardım etməsi artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Respublikaçılar da bu amili mütləq nəzər alır. ABŞ heç bir halda Ukraynanı Rusiyanın qarşısında tək qoymayacaq. Belə olarsa faktiki ABŞ-ın Avropada və dünyada siyasi-hərbi roluna ağır zərbə dəyər. Eyni zamanda Rusiyanın dünyada siyasi-hərbi nüfuzu daha da yüksələr.

Təbii ki, hər iki tərəf müharibədən ağır zərbə alıb. Resurslar azalıb, çoxsaylı insan itkiləri var. Müharibənin davam etdiyi hər gün yeni facilər və fəalkətlər gətirir. Qərbin də bu müharibədən zərərləri böyükdür. Tərəflər tezliklə müharibənin dayanması, sülh üçün bəzi güzəştli addımların atılması istiqamətində düşünmək məcburiyyətindədir. Prosesin uzanması daha da təhlükəli, mürəkkəb və ziddiyyətli vəziyyət yaradacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səbail Rayon Məhkəməsi vətəndaşlara qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxsləri hansı səbəbdən ev dustaqlığına buraxır?

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: “Ailəmi öldürdüm, çünki...”    

Hökumətin qarşısında mühüm vəzifə - Bir milyon insanın qulağı səsdə

Evini satıb ehsan verib, kirayədə qalan Hacı Şahinin ailəsindən reportaj - Video

“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı

Respublika Narkoloji Mərkəzinin baş direktoru və müavini həbs olunub

Bakıda Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə iclaslar keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - Yenilənib

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - Yenilənib   

“Akıncı” hücum PUA-sından uğurla sınaq: Hədəfi tam dəqiqliklə vurdu - Foto, Video

Hakan Fidan “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Ən çox oxunanalar