Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ-ın Azərbaycana qarşı göstərdiyi dözümsüzlükdə əsas səbəb...

ABŞ dünyada alovlanmış müxtəlif münaqişələrin  yaranmasına zəmin yaradır...

Azər Qasımov: “ABŞ dünya siyasətinə yön verən supergüc dövlət kimi başqa güclərin oyun qurub, onu tamamlamasını qəbul etmək istəmir”.

ABŞ daima Azərbaycan üçün örnək götürüləcək ölkə olsa da, ordakı lobbiçi dairələrin ABŞ siyasətindəki rolu hər zaman təəssüf hissi doğurub”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-ın dünyada apardığı siyasətini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ hər gün dünyaya sülhə çağırış etsə də, özünün məkrli siyasəti dünyada alovlanmış müxtəlif münaqişələrin yaranmasına zəmin yaradır. Məsələn, Qəzzada baş verənlər hadisələrin şiddətlənməsində də əsas səbəbkar yenə də Qərbdir. Hazırda isə Vaşinqton Qarabağ münaqişəsinin yenidən bərpa etmək üçün bütün mümkün imkanlardan yararlanmağa çalışır.

Bəs, Qərbin oynadığı ikilirolda əsas məqsədləri nədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “ABŞ-ın Azərbaycana qarşı göstərdiyi dözümsüzlükdə əsas səbəb Azərbaycanın heç bir gücün roluna baxmadan öz siyasi xəttini yürütməsi və bunun nəticəsində də torpaqlarını işğaldan azad etməsidir”.

Azərbaycanın separatizmə son qoyan ölkə kimi müasir dünya tarixinə öz adını layiqincə yazdırdığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu amil bir sıra beynəlxalq güclərdə, o cümlədən, ABŞ-da müəyyən qorxurlar yaradıb:

ABŞ dünya siyasətinə yön verən supergüc dövlət kimi başqa güclərin oyun qurub, onu tamamlamasını qəbul etmək istəmir. Çünki bu, onun planlarına ziddir və çalışır ki, bu oyunda onun dediyi olsun. ABŞ özünü beynəlxalq hüququn müdafiəçisi rolunda görür. Beynəlxalq hüququ isə özünün hesab etdiyi şəkildə görür.

Rusiya-Ukrayna arasındakı müharibədə ABŞ-ın Ukraynaya hərtərəfli dəstəyi həqiqətən də beynəlxalq hüququn qorunması üçün atılan addımlardırsa, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə göstərdiyi reaksiya həqiqətən də beynəlxalq hüquq baxımından yanlış və qeyri-adekvatdır. Bu da ikili standartlardan daima əziyyət çəkən Azərbaycan üçün ABŞAvropanın müəyyən dairələrinin fəaliyyətindəki qeyri-səmimiliyi görməsi üçün başlıca amildir.

ABŞ daima Azərbaycan üçün örnək götürüləcək ölkə olsa da, ordakı lobbiçi dairələrin ABŞ siyasətindəki rolu hər zaman təəssüf hissi doğurub. ABŞ dövlətinin maraqlarının lobbiçi dairələrin maraqlarına qurban verilməsi demokratik ölkə olmaq yolunda addımlar atan ölkələr, o cümlədən, Azərbaycan üçün heç də yaxşı nümunə təşkil etmir.

Azər Qasımov: “ABŞ özünü beynəlxalq hüququn müdafiəçisi rolunda görür. Beynəlxalq hüququ isə özünün hesab etdiyi şəkildə görür”.

Hesab edirəm ki, ABŞ-ın Azərbaycana qarşı göstərdiyi dözümsüzlükdə əsas səbəb Azərbaycanın heç bir gücün roluna baxmadan öz siyasi xəttini yürütməsi və bunun nəticəsində də torpaqlarını işğaldan azad etməsidir. Azərbaycan kimsədən asılı olmadan öz suverenliyini bərpa edib. Dünyada yeni bir president yaradıb. Separatizmə son qoyan ölkə kimi müasir dünya tarixinə öz adını layiqincə yazdırıb. Bu amil bir sıra beynəlxalq güclərdə, o cümlədən, ABŞ-da müəyyən qorxurlar yaradıb ki, digər eyni durumda olan dövlətlər də bu siyasətlə hərəkət edər və ABŞ kimi dövlətlərin vasitəçiliyilə, dəstəyinə ehtiyac qalmaz. Bu da dünyada domino effekti yaradan ABŞ-ın dünya hegemonluğuna zərbə olar.

Odur ki, Azərbaycanın bu addımının yayılmasının qarşısını almaq üçün müxtəlif təzyiqlər edilir ki, digər ölkələrə də dərs olsun. Amma Azərbaycan artıq çoxdan dərs alan ölkə statusundan dərs verən ölkə statusuna çevrilib. Azərbaycanın bu güclərə verdiyi dərsi heç yerdə ala bilməzlər. Ona görə boş yerə özlərini yormasınlar. Azərbaycan artıq öz imtahanından uğurla çıxıb və layiqli yerini dünya ictimaiyyətinin gözündə tutub. Bunu artıq kimsə geri çevirə bilməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Ən çox oxunanalar