Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Podolyak: Papa Rusiya ilə danışıqlarda vasitəçi ola bilməz...

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Roma Papası Fransisk Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi ola bilməz...

Poliqon xəbər verir ki, Ukrayna rəsmsi Papanın rusiyayönlü mövqe tutduğunu deyib.

Podolyak qeyd edib ki, Polşanın “Wprost” jurnalının cizgi filmində Roma Papası Fransiskin rus tankının şassisi olan avtomobildə Z hərfi ilə təsviri katolik dünyasının Müqəddəs Taxt-Tacın bəyanatlarına münasibətini açıq şəkildə göstərir.

“Birincisi, əlbəttə ki, tamamilə şüursuz hərəkətdir, lakin Müqəddəs Taxtın nüfuzunu sıfıra endirir. İkincisi, Vatikanın yerinə yetirə biləcəyi hər hansı vasitəçilik missiyasının tamamilə ləğv edilməsidir. Papa adlı vasitəçi hər kəs üçün tamamilə aydın olan Rusiyayönümlü mövqe tutsa, ondan danışmağın mənası yoxdur”, deyə Mixail Podolyak “Ukrayna 24” telekanalına bildirib.

Avqustun 25-də Katolik gənclərinin Ümumrusiya toplantısında videobağlantı vasitəsilə çıxış edən Roma Papası Fransisk bu sözləri demişdi: "Unutmayın ki, siz böyük ana Rusiyanın, böyük ölkənin, onun tarixinin, müqəddəslərinin, böyük mədəniyyət xadimlərinin varislərisiniz. Siz böyük Rusiyanın varislərisiniz, buna görə də təşəkkür edirəm, rus olmağı bildiyiniz üçün təşəkkür edirəm. Bu irsi qoruyun, qayğısına qalın, sağ olun”. O, çıxışında I Pyotrun və II Yekaterinanın da adını çəkib.

Buna cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi Papanı “imperialist təbliğatı” yaratmaqda ittiham edib. Mixail Podolyak Papanı “Rus təbliğatının aləti” adlandırıb. Vatikanın sözçüsü bildib ki, Fransisk rus imperializmini deyil, rus mədəniyyətini nəzərdə tutur. Daha sonra Papa da rus mədəniyyətindən danışdığını qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar