Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PFL prezidenti yenidən əməliyyat olunub

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunub...

Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, əməliyyatın uğurlu keçdiyini bildirib: "Hər şey qaydasındadır. Reabilitasiya davam edəcək, bundan sonra tam bərpa dönəminə keçirlər. Düşünürəm ki, bir müddət sonra onun ayağa qalxmasına çalışacaqlar. İndi də ayağa qaldırırlar, amma çox qısa müddətə. Həkimlərin dediyinə görə hər şey qaydasındadır və onların istədiyi yöndə davam edir".

PFL rəhbəri Türkiyədə bir neçə dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar