Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvənd edilməyən uşaqların bağçaya qəbulu dayandırılıb? - Rəsmi açıqlama

Son zamanlar qızılca virusunun uşaqlar arasında sürətlə yayılması fonunda bağçalarda uşağın qızılcaya qarşı peyvənd olunması ilə bağlı arayış tələb edildiyi iddia olunur...

İddialar sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən aşağıdakı sənədlər tələb edilir:

- müəssisənin müdirinin adına ərizə;

- valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- uşaqların mübadilə vərəqəsi;

- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

- uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;

- sağlamlığının vəziyyəti barədə arayış

"Mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir. Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil", - qurumdan bildirilib.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar