Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov oğlunun orduya getməkdən imtina etməsi məsələsinə münasibət bildirib

"Bu məsələ sırf mənim oğluma aid olduğu üçün cavablandırmağa məcbur deyiləm"...

Kremlin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayla Aleksey Navalnının tərəfdarı olan Dmitriy Nizovtsev arasında danışıqdan xəbərdar olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Peskov jurnalistlərə deyib ki, söhbətin tam mətni dərc olunmayıb.

“Baş verənlərdən xəbərim var, oğlum məlumatlandırıb. Bu məsələ sırf mənim oğluma aid olduğu üçün cavablandırmağa məcbur deyiləm”, - Kremlin sözçüsü qeyd edib.

Dmitri Peskov onu da bildirib ki, oğlunun hərbi komissarlığa getməkdən boyun qaçırması haqda deyilənlər kontekstdən çıxarılıb.

Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolayla Aleksey Navalnının tərəfdarı olan Dmitriy Nizovtsev arasında danışıq zamanı ikinci özünü hərbi idarənin nümayəndəsi kimi təqdim edib. Dmitriy Nizovtsev Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyir və sual edir ki, göstərilən saatda hərbi komissarlığa gələ bilərmi? Nikolay Peskov isə “Bilirsiniz ki, mən cənab Peskovam, ora getməyimin nə qədər yanlış olduğunu başa düşməlisiniz”, - deyə cavab verib.


Etiket: Dmitri Peskov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Ən çox oxunanalar