Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon sənədlərinin sızmasında bir xanım zabit də iştirak edib...

ABŞ ordusunun daha bir zabiti Pentaqonun məxfi fayllarının yayılmasında iştirak edə bilər...

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Sara Bils Pentaqonun sızdırılmış sənədlərinin yayılmasında iştirak edə bilər.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin məlumatında bildirilir.

Məlunatda qeyd olunur ki, 37 yaşlı zabit məxfi məlumatların yayılmasında əsas rol oynayan rusiyayönlü ingilisdilli “Donbass Devushka” hesabının inzibatçılarından biri olub. “Bellingcat” jurnalist araşdırmaları qrupu yazıb ki, bu hesabda Rusiya itkiləri azaldılan sənədlərin ilk redaktə edilmiş fotoşəkilləri dərc edilib.

WSJ qeyd edir ki, əvvəlcə Discord-da yerləşdirilən sənədlərin dördü aprelin 5-də “Donbass Devushka” hesabında ortaya çıxana qədər diqqətdən kənarda qalıb. Bundan sonra rus hərbi bloqerləri və Rusiyanın Z təbliğat Telegram kanalları bu faylları yaymağa başlayıblar və bundan sonra Discord-da daha onlarla sənəd aşkarlanıb.

Sara Bils jurnalistlərə “Donbass Devushka” hesabının 15 administratorundan biri olduğunu təsdiqləyib. Eyni zamanda, o, hesabında gizli sənədləri yerləşdirmədiyini və bu sənədləri başqa bir idarəçinin dərc etdiyini iddia edir.

WSJ bildiri ki, vəzifədə olduğu müddətdə Pentaqonun məxfi məlumatlarına çıxışı olan Bilsin məlumatları onlayn yaymaq üçün istifadə etdiyinə dair başqa heç bir sübut yoxdur. Bundan əlavə, Bils ABŞ Hərbi Dəniz Qüvvələrində yalnız 2022-ci ilin noyabrına qədər avionika üzrə texnik kimi xidmət edib. Bils jurnalistlərə bildirib ki, hazırda onun məxfi məlumatlara çıxışı yoxdur.

“Donbass Devushka” telegram kanalına 65 mindən çox insan abunə olub. Bu hesab donbasslı bir qızın adından ingilis dilində aparılır və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir. Twitter, YouTube və Spotify kimi digər platformalarda da kanalla əlaqəli hesablar var. Bu hesablar vasitəsi ilə başqa şeylərlə yanaşı, Rusiya ordusunun və “Vaqner qrupu”nun simvolları olan mallar satılıb və hesabın adminləri əldə edilən gəliri “Donbasın azadlığına” göndərəcəklərini və cəbhədəki insanlarayardım edəcəklərini vəd ediblər.

Həmçinin 2022-ci ilin sentyabrında “Donbass Devushka” kanalının təsisçilərindən biri Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin əməkdaşı Mixail Zvinçuk olub. Zvinçuk Rusiyanın hərbiyönlü “Rıbar” kanalı ilə də çalışıb.

Bils satışlardan “kiçik bir məbləğ” qazandığını və bu vəsaiti avadanlıq almaq və Serbiya, Suriya, Pakistan, Somali, Suriya və Fələstində xeyriyyə təşkilatlarına kömək etmək üçün istifadə etdiyini söyləyib.

Bellingcat-a görə, “Donbass Devushka” hesabında fayllar dərc edildikdə, həmin sənədləri elə redaktə ediblər ki, Rusiyanın itkiləri az görünsün. Ukraynanın itkiləri isə həddindən artıq şişirdilib. “Donbass Devushka” telegram kanalı bu ittihamları rədd edib.

Bils həmçinin Rusiyanı dəstəkləyən və Ukraynaya yardıma qarşı çıxan qonaq ziyarətçilərə şərhlər yazıb. O, ingiliscə rus ləhcəsi ilə danışırıb və rus əsilli olduğunu iddia edib.

Keçmiş zabit olan qız travma sonrası stress pozğunluğundan sonra tibbi səbəblərə görə hərbi xidmətdən getdiyini bildirib. Eyni zamanda, o, xidmət müddətində aldığından daha aşağı rütbə ilə təqaüdə çıxarılıb. Ordudan ayrılmadan əvvəl Bils “Whidbey” Dəniz Hava Stansiyasında işləyib. Onun keçmiş həmkarı Reyçel Stivensin WSJ-yə verdiyi məlumata görə, Bilsin çox məxfi məlumatlara çıxışı olan rütbəli zabitlərlə təmasda olub.

Qeyd edək ki, ABŞNATO-nun məxfi sənədləri martın 1-dən internetə düşdü. Gizli məlumatı olan fotoşəkillər Discord-da, Minecraft oyun serverində ortaya çıxıb. Sızmanın orijinal mənbəyi “Thug Shaker Central” adlı şəxsi söhbəti çatı olub. Bu çatın moderatoru, ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının pilotu Cek Teyşeyra həbs edilib.

Daha sonra Ukraynadakı müharibə ilə bağlı məlumatları ehtiva edən onlarla daha sənədlər tapılıb. Bəzi sənədlərdə müharibənin inkişafı üçün mümkün ssenarilər, o cümlədən Putin və ya Zelenskinin ölümü təhlil edilib.

Tərcümə Poliqon-a aiddir...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay