Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxt polisi saxta spirt düzəldib satan işbazları yaxaladı - DİN

Zəhərli məhlul hazırlayaq apteklərdə satışını təşkil edən şəxslər tutulublar...

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən PİA.az-a bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.

Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket: DİN saxta spirt

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay