Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın versiyası: Ermənistan iqtisadiyyatda Azərbaycanı ötür

Məmməd Əfəndiyev
Virtualaz.org

Ermənistan Dövlət Statistika Komitəsi özünün rəsmi məlumatında inamla bildirir ki, bu ilin 7 ayının yekunlarına görə ölkədə iqtisadi fəallıq 5,2% artıb. Ölkənin iqtisadiyyat nazirliyinin proqnozlarına görə isə bu rəqəm iki dəfə böyüyəcək və ikirəqəmli artıma qədər yüksələcək. Göstəricilər tərifə layiqdir, ancaq bir çox suallar doğurur.

Elə çıxır ki, Ermənistanı 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğradan və azad olunan ərazilərdə geniş iqtisadi fəaliyyətə başlayan Azərbaycan belə uduzan ölkənin müvəffəqiyyətlərinin yalnız yarısı ilə kifayətlənirmiş. Ermənistan iqtisadiyyatında xüsusi aktivlik gözə çarpmır. Əgər yuxarıdakı yüksək göstəricilərə əsaslansaq belə, qısa analiz göstərir ki, ölkənin iqtisadiyyatı ümumilikdə çox dərin böhran yaşayır.

Və Paşinyan qələmi götürüb başladı yazmağa...

Ermənistan iqtisadçısı Suren Parsyan yazır ki, iyulda iqtisadi fəallıq cəmisi 0,2% artıb, yəni iqtisadi fəallığın artım sürəti hətta yarımillik rəsmi göstərici ilə müqayisədə dəfələrlə azalıb. Onun fikrincə, bu vəziyyət avqust-sentyabr aylarında da davam edəcək. Bu cür azalan sürət fonunda iqtisadiyyat nazirinin ikirəqəmli artımla bağlı “proqnoz”unu isə Parsyan insanların diqqətini cəlb etmək üçün növbəti marketinq addımı adlandırıb.

Reallıqda isə Ermənistan iqtisadiyyatı inersiya vəziyyətindədir. Yalnız ötən ilin, o cümlədən aparıcı dağ-mədən sənayesindəki aşağı göstəriciləri hakimiyyətə iqtisadiyyatın 5,2% artımla bağlı bu cür uğurlu “mənzərəsini cızmağa” imkan verir. Yəni, ötən ilin yekunlarına görə ölkə elə ağır iqtisadi durumda olub ki, bu gün hər qoyulan kərpic dərhal ÜDM-un göstəricisində əksini tapır. Hakimiyyət də yüksək göstəricilərdən danışanda bundan istifadə edir. Sadəcə bu “yüksək göstəricilər”i nə ilə müqayisə etdiklərini göstərməyi “unudurlar”. Ona görə xatırlatmaq lazım gəlir ki, 2020-ci ildə dünya iqtisadiyyatının göstəriciləri orta hesabla 3,4% azalıb, Ermənistan iqtisadiyyatında isə azalma 7,4% olub.

Erməni istebleşmenti onun oxuduğu rəqəmlərə inanır?

Söylənənləri rəqəmlərə çevirək.

2020-ci ilin ilk yarısında Ermənistanın ÜDM-u 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6,8% azalıb. Əgər 2019-cu ilin birinci yarımilliyində ölkənin yekun ÜDM-u 2,723 trln dram (1 dollar = 493,71 dram) təşkil edibsə, artıq 2020-ci ildə bu rəqəm 2,539 trln drama qədər enib. 2021-ci ilin birinci rübündə Ermənistanın ÜDM-u daha 3,3% azalaraq nominal həcmi 1 284 086.4 mln dram olub. B ilin ikinci rübündə isə Ermənistanın ÜDM-u 13,1% artaraq 1,57 trln dramı ötüb. Üç ay ərzində bu cür sıçrayışa inanmaq çətindir, ancaq erməni reallığı, daha doğrusu, reallıqdan uzaq rəqəmlər bu cürdür.

Nazir Kerobyanın 10 faizli iqtisadi artımla bağlı vədini iqtisadi təhlükəsizlik üzrə ekspert və “Bir Ermənistan” partiyasının üzvü Vaqe Davtyan da primitiv manipulyasiya adlandırıb. Onun fikrincə, 10%-dən yuxarı iqtisadi artım yeddi ay ərzində 6,1% təşkil edən və azalma meylləri nümayiş etdirən inflyasiyanı nəzərə almaqla yalnız yekun ÜDM-ə münasibətdə real ola bilər. Real ÜDM - bazis ilin qiymətləri ilə hesablanan buraxılmış məhsulun faktik həcmidir. Onu isə rəsmi hakimiyyət göstərmir.

Olmayanı göstərmək isə çətindir. Ermənistanda real ÜDM artsaydı, ölkə yeni borclar götürməzdi - üstəlik əvvəlki borcların həcmi də böhran xarakterlidir. Bu ilin 7 ayı ərzində Ermənistan hakimiyyəti ölkənin dövlət borcunu daha 1 mlrd dollar artırıb. Əgər 31 iyun üçün Ermənistanın dövlət borcu 8,973 mlrd dram idisə, erməni ekspertlərinin rəyinə görə həmin göstərici bu gün artıq 9 mlrd dolları üstələyib. Borcun artmasının rəsmi səbəbi onunla izah edilir ki, Ermənistan 2020-ci ildəki iqtisadi böhrandan tam özünə gəlməyib və iqtisadiyyatın stimullaşdırılması üçün əlavə vəsaitlərə ehtiyac duyulur. Halbuki statistikaya inansaq (həmçinin rəsmi) bu ilin birinci və ikinci rüblərinin yekunlarına görə ÜDM artımı ötən ilin birinci yarısı və bu ilin ilk rübündəki yekun azalmanı üstələyir.

Bacarıqsız rəhbərlik həmişə müxtəlif fəndlərə əl atır. Ermənistanın necə deyərlər, dövlət suverenliyinin başlanğıcından bəri rəhbər sarıdan bəxti gətirməyib. Burada səlahiyyət sahiblərinin hoqqabazlıqlarına çoxdan öyrəncəlidirlər, ancaq Nikol Paşinyanın hökuməti özünün primitiv “uğurlar”ında elə uzağa gedib ki, onun yalanlarını hər addımbaşı nəinki təcrübəli beynəlxalq ekspertlər, həm də sadə vətəndaşlar ifşa edə bilir. Sadəcə bunun faydası yoxdur. Paşinyanı isə bunlar maraqlandırmır, o, ölkə iqtisadiyyatını yalnız özünə məlum qanunlarla təsvir etməkdə davam edir. Bunun isə nəyə aparıb çıxaracağı hamıya məlumdur - tammiqyaslı iflasa …

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Azərbaycan bayrağı Dövlət bayrağı meydanına qaytarılıb

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay