Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın arvadı və müdafiə naziri hansı gizli klubun üzvləridir?!

Ermənistandakı Böyük Britaniya səfirliyinin himayəsi altında qeyri-formal gizli klub fəaliyyət göstərir və erməni elitasının bir çox nümayəndələri həmin klubun üzvlərdir

Virtualaz.org xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanda nəşr edilən “168 saat” qəzetinə müsahibəsində çıxış edib.

“Biz qeyd etməliyik ki, əlimizdə olan məlumatlara görə indiki erməni elitasının bir sıra yüksək rütbəli məmurları Böyük Britaniya səfirliyinin nəzdindəki qeyri-formal klubun üzvləridir. Yeri gəlmişkən mən etibar etdiyim mənbələrə istinad edib deyə bilərəm ki, müdafiə naziri David Tonoyan və baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan, habelə indiki erməni istebleşmentinin digər nüfuzlu nümayəndələri həmin klubda yer alır”-Korotçenko deyib.

Rusiyalı hərbi ekspert qeyd edib ki, həmin qeyri-formal klub Ermənistanın Rusiya ilə münasibətlərini özünün sonrakı siyasətinin strateji istiqaməti kimi nəzərdən keçirə bilməz. Ona görə də Rusiyada Ermənistanla münasibətlərin keyfiyyətini sözlərlə deyil, ancaq praktiki hərəkətlərlə qiymətləndirəcəklər.

“Beləliklə, hər şey Yerevandan asılıdır. Rusiya Ermənistanla münasibətləri bütün istiqamətlərdə dərinləşdirməkdə maraqlıdır, lakin Yerevanın eyni vaxtda iki stulda oturmaq cəhdini Moskvada aydın məsələdir ki, qəbul etməyəcəklər”-Korotçenko bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə Korotçenkonun dediklərini “sağlam düşüncədən uzaq fikirlər” adlandırıb. Nazirlikdə deyiblər ki, “sağlam düşüncə ilə ziddiyət təşkil edən” bəyanatları şərh etmək fikrindən uzaqdırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar