Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalana bilər

Ermənistanın baş naziri ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacağını istisna etməyib...

Poliqon xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı İrəvanla Bakının ilin sonuna qədər sülh sazişi imzalayacağını istisna etməyib. Ermənistan hökumətinin başçısı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Qranadadakı görüşdə iştirakdan imtina etməsi danışıqlar prosesini asanlaşdırmayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan qarşılıqlı əsasda 1991-ci il sərhədindən qoşunlarını çıxarmağa hazırdır. İrəvan həmçinin “anklavlar” məsələsini müzakirə etməyə hazırdır.

“Biz ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş imzalamağa hazırıq”, Paşinyan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Qranadadakı görüşdə iştirakdan imtina etməsi prosesi asanlaşdırmayıb.

Digər tərəfdən, Paşinyan qeyd edib ki, Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Əliyevlə danışıqların aparılmasına dair razılaşma var.

“Yuxarıdakı prinsiplər təsdiq olunarsa, o zaman ilin sonuna kimi sülh və münasibətlərin nizamlanmasına dair sazişin imzalanması son dərəcə reallaşacaq”, deyə Paşinyan bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar