Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan “Hayastan” Fondunun 100 milyon dollarını mənimsəyib?

Noyabrın 23-də “Sənin üçün, Ermənistan” devizi altında “Hayastan” Ümumerməni Fondunun sayca 26-cı telemarafonu keçirilib və  8,4 milyon ABŞ dollarına yaxın vəsait toplanıb...

“Sənin üçün, Ermənistan” telemarafonudan toplanan  vəsaiti  Qarabağdan köçənlərin  həyat şəraitinin yaxşılaşdırılmasına, habelə sərhədyanı bölgələrin  inkişafına yönəlmiş layihələrə yönəldiləcək. 

Məlumata görə, Ermənistan 552,372 $, Fransa 3,250,000, ABŞ yerli  3,100,000, Toronto (Kanada) yerli 500,000, Böyük Britaniya  450,000,  Argentina  160,690 $.  Almaniya – 66 400 ABŞ dolları, İsveçrə – 50 000 ABŞ dolları, Avstraliya – 27 000 ABŞ dolları, Avstriya – 25 900 ABŞ dolları, Rumıniya 4 360 ABŞ dolları ianə edilib. 

Musavat.com erməni mediasına istinadən yazır ki, Rusiyadakı nəhəng erməni diasporu  “Hayastan” Fondunun  aksiyasına heç bir dəstək verməyib.

Ermənilərin ianə etdiyi ölkələrin təqdim etdiyi siyahıda Rusiyanın adı yoxdur. Bundan başqa son illər “Hayastan”ın elan etdiyi marafonda bu qədər az vəsait yığılmayıb.  Məsələn, ötən  il telemarafon 11 milyon, 2021-ci ildə 12 milyon dollardan çox vəsait toplanmışdı,

Rusiya ermənilərinin yekramos.org saytı bu barədə yazıb. Bildirilir ki, az pul toplanması “Hayastan”Fondana  güvənin azaldığını göstərir.  “44 günlük müharibə zamanı “Hayastan” Fondu “Biz və dağlarımız” devizi altında vəsait toplama proqramına təşəbbüs göstərdi. Kampaniya 170 milyon dollar topladı. Dünyanın hər yerindən ianələr gəldi, hamı, o cümlədən pensiyaçılar və uşaqlar fonda pul köçürdülər. Hərbi əməliyyatlar başa çatdıqdan bir müddət sonra məlum oldu ki, “Hayastan” Fondu bu vəsaitin böyük hissəsini  Ermənistan hökumətinin büdcəsinə  köçürüb. Söhbət 100 milyon dollardan çox məbləğdən gedir. Burada daha bir nüansı qeyd etmək vacibdir: o vaxtlar, hətta müharibə dövründə də Ermənistan hökuməti dövlət məmurlarına mükafat vermək praktikasından əl çəkmirdi. Nə olursa- olsun, bir sıra suallara hələ də dəqiq cavab yoxdur. Məsələn, “Hayastan” niyə hökumətə vəsait köçürüb? Nəyə görə pul yığımı zamanı hökumətə pul ayrılacağı barədə heç bir söz deyilməyib ? Hökumət Fonddan aldığı vəsaiti necə istifadə edib?” deyə, sayt sual edib. 

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan Nikol Paşinyanın Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib. “Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sərkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan maliyyə nazirinə məktub yazıb və o, baş nazirə göndərib. Paşinyan isə məktuba cavab verməyib. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar