Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiyaya ianə: köhnə norma, indiki, plan

Sentyabrın 7-də dərc edilən “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi ianə məsələsini sərtləşdirir. Layihəyə görə, siyasi partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər: “İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın əldə etdiyi bu maddi yardım da ianə hesab olunur: bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi; öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir.

Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməz.

Siyasi partiya qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni onu qəbul etdiyi gündən və ya ianəni tələbləri pozmaqla qəbul etməsi barədə Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 15 gün müddətində geri qaytarmalı, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməlidir”.

1992-ci il iyunun 3-də qəbul edilmiş siyasi partiyalar qanunu ilkin variantda ianə məsələsini belə tənzimləyib: “Partiyaların ianələr almaq hüququ var. Siyasi partiyalara dövlət idarələrinin; fəaliyyətinin xarakteri baxımından yalnız bilavasitə ictimai, xeyriyyə məqsədlərinə və ya dini məqsədlərə xidmət edən təşkilatların; həmkarlar ittifaqlarının; kütləvi hərəkatların ianə vermək hüququ yoxdur.

Partiyalar iqtisadi və ya siyasi səmərə əldə etmək məqsədilə verilən ianəni qəbul edə bilməzlər.

Siyasi partiyaların xeyrinə verilən ianələrin məbləği maliyyə hesabatına daxil edilməli və ianəçinin adı (familiyası), ünvanı, ianənin məbləği göstərilməlidir”.

2012-ci il aprelin 20-də qanunun ianələr maddəsi yenilənib. Hazırda qüvvədə olan normaya əsasən, ianə edilən pul vəsaitləri siyasi partiyanın bank hesabına köçürmə yolu ilə qəbul edilir, naturada təqdim edilmiş ianələrin dəyəri bazar qiyməti ilə müəyyən edilir.

Siyasi partiyaların qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatlar maliyyə hesabatına daxil edilir.

Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar