Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrləri: “Putin Rusiya imperiyasını bərpa etmək istəyir”

Artıq yeddi gündür Rusiya-Ukrayna müharibəsi davam edir. Bu zaman ərzində Azərbaycan mətbuatında və sosial mediasında Rusiya-Ukrayna müharibəsi ətrafında geniş fikir mübadilələri aparılır. Bir çox siyasi və hərbi ekspertlər bu müharibənin Avropanın təhlükəsizliyini və post-sovet ölkələrinin müstəqilliyini təhlükə altına qoyduğunu qeyd ediblər. Hətta, bəziləri daha sərt proqnozlar verərək müharibənin Rusiyanın sonunu gətirəcəyəni də deyirlər.

Rusiya - Ukrayna müharibəsinin nəticələri və bunun post-sovet məkanına təsirləri ilə bağlı Ednews-a açıqlama verən bir sıra siyasi partiyaların liderləri Rusiyanı işğalçılıq siyasət yürütməkdə ittiham ediblər.

Müsavat partiyasının sədri Arif Hacılı Rusiyanın açıq şəkildə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təcavüz etdiyini bildirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəinki bütün Avropa xalqları, hətta post-sovet məkanına daxil olan ölkələr üçün də ciddi təhlükədir. Əgər Rusiya ordusu Ukraynada qalib gəlsə və bu ölkədə möhkəmlənsə, Putin rejimi daha da irəli gedib Şərqi Avropaya və post-sovet məkanına hücumlar təşkil edəcək. Putinin Ukraynada qələbəyə nail olduğu təqdirdə, yəqin ki, onun hədəfində növbəti ölkə Gürcüstan, ondan sonra isə Azərbaycan olacaq. Artıq rus ekspertləri Putinin SSRİ-ni, hətta daha doğrusu, Rusiya imperiyasını bərpa etmək xülyalarını açıq şəkildə bəyan edirlər. Bu böyük fəlakətlər gətirəcək. Lakin bir sevindirici hala şahid oluruq ki, artıq dünyanın mütərrəqi ölkələri birləşərək, Rusiyanın imperiya siyasətinə müqavimət göstərirlər. Azərbaycan xalqı da Ukraynanın yanında olduğunu nümayiş etdirdi”.

Müasir Müsavat partiyasının sədri Hafiz Haciyev Rusiyaimperiya təfəkkürü ilə yaşayan dövlət hesab edib. O, Rusiyanın Ukraynaya hücumunu dünyaya meydan oxumaq kimi qeyd edib.

Rusiya tarix boyu çox əraziləri zəbt edib. Rusiya həmişə bütün xalqların hüquqlarını və azadlıqlarını tapdalamağa çalışıb. Rusiyanın Qarabağda xalqımızın başına açdığı oyunları yaxşı bilirik. Xalqımız bu ölkədən çox bəlalar görüb. Hazırda Rusiya dünyanı atom silahı ilə hədələyirlər. Bunların düşüncəsi bundan ibarətdir ki, bütün xalqlar Rusiyanın əsarəti altında yaşamalıdır. Nə qədər ki, Rusiya adlı dövlət çökməyib, dünyada sabitlik və sülh olmayacaq”.

Ağ partiyanın sədri Tural Abbaslıya görə, Rusiyanın Ukraynada apardığı müharibə onun qonşuluğunda olan ölkələrin müstəqilliyi nə vaxtsa təhdid altında olacağını göstərir.

Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq hüququn pozulması və normativ aktların tapdalanması deməkdir. Bu onu göstərir ki, Rusiya istənilən post-sovet məkanına da hücum edə bilər. Azərbaycan bundan nəticə çıxararaq, öz strateji planlarını hazırlamalı və addımlarını atmalıdır. Ölkəmiz ətrafına etibarlı müttəfiqlərn toplamalıdır.”.

Ukraynada müharibənin Rusiyanın çökməsinə gətirib çıxaracağını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Rusiya ordusunun bu ölkədən geri çəkilməsinin vacibliyini vurğulayıb.

ABŞAvropa ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyada artıq ağır maliyyə və iqtisadi böhran başlayıb. Rusiyanın Ukraynada planlaşdırdığı hərbi əməliyyatları uğursuzluğa düçar oldu. Rus ordusu Ukrayna ordusunun və xalqının ciddi müqaviməti ilə üzləşib. Bu da rus hərbiçiləri arasında xeyli itkilər yaradıb. Rusiya daha ağır nəticələrlə üzləşməməsi üçün Ukraynadan ordusunu çıxartmalıdır. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar