Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya lideri AK rəhbərini ittiham etdi: Bu, onun neokonservativ hürməsidir...

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen İsraildəki vəziyyətlə bağlı bəyanatlar verərkən davakar ritorikadan istifadə edir...

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Yaxın Şərqdəki böhran haqqında eşitdiyimiz hər şey Ursula fon der Leyenin döyüşkən və neokonservativ hürməsidir”, deyə Filippo bildirib.

O, həmçinin qeyd edib ki, Fransa regionda münaqişənin gərginləşməməsinə çalışmalı, sülh səylərini təşviq etməli, İsrail və Fələstin sakinlərinə qayğı göstərməlidir.

Qeyd edək ki, Ursula fon der Leyen Tel-Əvivdə baş nazir Benyamin Netanyahu ilə görüşündən sonra İsrailin özünü müdafiə etmək hüququnu bəyan edib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri qruplaşmanın Qəzza zolağında yüzlərlə hədəfinə zərbələr endirib və İsrail Milli Təhlükəsizlik Şurası bölgəyə su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar