Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanın keçmiş xarici işlər naziri də həbs edildi

Mayın 9-da Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan saxlanılıb...

Pakistanın keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədr müavini Şah Mehmud Qureşi həbs edilib. O, ölkədə ardıcıl üçüncü gündür davam edən etirazları qızışdırmaqda və təşkilatçılıqda ittiham olunur.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, İslamabaddakı Gilgit-Baltistan regional ofisində saxlanılıb.

Qeyd edək ki, çərşənbə günü yerli mediada Qureşinin ictimai asayişin qorunması haqqında qanunu pozduğuna görə 15 sutka həbs edildiyi barədə xəbərlər yayılmışdı. Lakin həmin gün axşam saatlarında siyasətçi “Twitter” səhifəsində həbs olunma faktını təkzib edərək, ölkə hakimiyyətinin partiyanın və tərəfdarlarının müqavimətini qırmaq üçün xaos, çaxnaşma və terror yaratmaq məqsədi ilə həyata keçirdiyi dezinformasiya kampaniyası barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən bildirək ki, dünən Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Əsəd Umar və partiyanın yüksək rütbəli xadimi Favad Çoudri də saxlanılıb.

Qeyd edək ki, mayın 9-da Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan saxlanılıb. O, səkkiz gün müddətinə həbs edilib.

İmran Xan saxlanılandan bəri ölkədə etiraz aksiyaları davam edir. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin tələbi ilə Pəncab əyalətində hərbi qüvvələr yerləşdirilib, həmçinin ölkə daxilində mobil internet xidmətləri dayandırılıb, məktəblər və yollar bağlanıb. Son məlumatlara görə, aksiyalarla əlaqədar 1000-ə yaxın adam həbs edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar