Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü “haqq carçısı” kimi təqdim edən “ədalət dəllalları”

Bəzi insanlar naqis iş tutandan, rüsvay olandan sonra da özlərini müdafiə edərək, daha da simasızlıq nümayiş etdirirlər. Cəmiyyətimizdə elə olaylar baş verir ki, sanki bəzən Corc Oruelin “1984” əsərindəki müxtəlif səhnələri xatırlayırsan. O əsərdə “Məhəbbət Nazirliyi”nin işi cəmiyyətdə nifrəti körükləməkdir. Yəni hər qurum adının tərsinə işlər görür. Bir həftədə "İctimai nəzarət şurası” adı altında iki nəfər həbs olunub, məlum olub ki, fəaliyyətləri düzgünlüyə nəzarət yox, daha çox şantajdan ibarət imiş.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik: 
 
Ayıbına kor olmaq əvəzinə...
 
İnanıram ki, həbs olunanlar bir gün qazamatdan çıxıb yenə də insanlara ağıl verəcək, öyüdnamələr söyləyəcəklər. Yelizabet Ströker “Elm etikasından” dərs deyirmiş, elmi  pillədə professorluğa qədər yüksəlibmiş. Bir gün onu plagiatda və istinad normalarını pozmaqda ittiham edərək çalışdığı universitetdən qovurlar. O isə ölümündən bir müddət əvvəl “Elm etikası adına” adlı bir kitab yazır və öz səhvlərini boynundan atmağa çalışır, ayıbına kor olmaq əvəzinə, sübut olunan fırıldağının “üstünə gedir”. Görünür,  dünyanın hər yerində həyasızlığın sonu, cinsi, irqi, yaş məhdudiyyəti yoxdur.

Bu cür  özlərini “haqq carçısı” kimi təqdim edən “ədalət dəllalları” çox zaman bunu öz bizneslərini qorumaq, əsl kimliklərini gizləmək, başqa məqsədlərə xidmət etmək üçün edirlər. Həqiqi kimliklərini gizləmək istəyənlər həmişə özlərini cəmiyyətə nəyisə aşkarlamış, ortaya çıxarmış biri kimi sırıyırlar. Və onların “kəşf etdiyi həqiqət” çox zaman onlar üçün ancaq və ancaq arxasında gizləndikləri riyakarlıq qalası rolunu oynayır.
 
Qabda insan yağı da göstərilir
 
Roelf Boltun “Yalançılar və saxtakarlar ensiklopediyası” adlı bir kitabı var, o nəşrdə xeyli sayda və növdə fırıldaqçılardan bəhs edir. Məsələn, general Felix Murga Perunun Huanuco vilayətində cinayətkar qruplaşmanı ələ keçirdiklərini elan edir, bununla əlaqədar mətbuat konfransı keçirir. Guya, o qruplaşma 40-60 nəfər adamı öldürüb, mərhumların bədənlərindən yağları çəkib Amerika və Avropadakı estetik klinikalara satıblar. Hətta qatillərdən birinin videosu da mətbuat konfransında nümayiş etdirilir və balaca bir qabda insan yağı da göstərilir. Amma sonradan əlavə araşdırmalar aparılır və üzə çıxır ki, dünyanın “orqan bazarında”  bu tipli yağların alıcısı yoxdur.
 
Səhnədəkilərin əsl kimliyi kulisdə bəlli olur
 
Bundan əlavə, estetik cərrahiyyələr zamanı nəinki insan yağı gərək olur, həkimlər özləri əməliyyat zamanı bəzən yağı bədəndən çəkib xüsusi qablara yığaraq zibil tutusuna atırlar, belə mayelərin satışı söhbət mövzusu deyil. Araşdırmalar məntiqi şəkildə aparılıb, istintaq gedib və məlum olub ki, polislər, şübhəli bilinən 47 nəfəri günahları isbat edilməmiş öldürüblər, bu hadisəni ört-basdır edib günahkarları məsuliyyətdən yayındırmaq üçün belə bir hiyləyə əl atıblar.

Ona görə də, ayıq-sayıq olmaq, həmişə məsələlərin arxasındakı səbəbləri, insanların kimliklərini öyrənmək lazımdır. Həyat, Şekspir demişkən, teatrdır, insanlar isə çox vaxt səhnədə baş verənləri  - gördüklərini müzakirə və təftiş edirlər. Səhnədəkilərin əsl kimliyi isə kulisdə bəlli olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay