Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanda dövlət adamlarının kütləvi həbsi: nazir, prokurorlar, rəislər...

Özbəkistanın hərbi məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İxtiyar Abdullayevə və onun 10-dan çox əməkdaşına hökm oxuyub

PİA.az virtualaz.org-a istinadən bildirir ki, yüksək rütbəli kəşfiyyatçı rüşvətxorluqda, məhkəmə hakimləri və başqa güc strukturlarının nümayəndələri ilə birlikdə mütəşəkkül cinayət şəbəkəsi qurmaqda təqsirli hesab olunub.

Özbəkistan Ali Məhkəməsinin rəsmi saytında verilən xəbərdə İxtiyar Abdullayev 18 il, onun keçmiş müavini Cahangir İqamov 16 il, DTX sədrinin keçmiş müşaviri Əlişir İşanxocayev 17 il həbs cəzası alıblar. Bundan başqa, Daşkənd şəhər prokurorunun keçmiş müavini Erkin Abdullayev 14 il, Ədliyyə Nazirliyinin kadrlarla iş üzrə idarə rəisinin müavini Yusufbay Xocayev 8 il müddətində azadlıqdan məhrum ediliblər.

Həmçinin baş prokurorun keçmiş müavini Hayrat Hidayətov, Ali Məhkəmə sədrinin keçmiş müavini Bahadır Dekhanov, Namanqan vilayətinin keçmiş prokuroru Uluqbek Toşev də məhkəmə hökmü ilə 5 il müddətinə məhkum olunblar.

Məhkumlar bundan sonra müəyyən müddət ərzində hər hansı vəzifə və ya maddi məsuliyyət daşıyacaq postlar tuta bilməyəcəklər.

Ali Məhkəmənin rəsmi saytında cinayətkar qrupun digər üzvlərinin də layiq olduqları cəzanı gördükləri, həmçinin onların dövlətə, habelə başqa fiziki və hüquqi şəxslərə vurduqları ziyanın ödənilməsi üçün tədbirlər görüldüyü vurğulanıb.

Məhkəmə 2 ay qapalı rejimdə keçrilib. İstintaq gedişində 300-dən çox zərərçəkmiş və şahidin ifadəsi alınıb.

Qeyd olunur ki, İxtiyar Abdullayev 2018-2019-cu illərdə Özbəkistann Dövlət Təhlükəsizlik Xidmətinə sədrlik edib. Bundan öncə o , 3 il ölkənin baş prokuroru, daha əvvəllər isə parlamentdə senator vəzifələrini daşıyıb.

2009-cu ildə İxtiyar Abdullayev Özbəkistaın 1-ci prezidenti İslam Kərimovun müşaviri təyin eidlib.

pia.az


Etiket: Özbəkistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar