Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladı əlil olan beş uçaq anası: "İcra başçısı mənə küçük deyir" - Video

Quba sakini uşaqlarının say çoxluğuna görə icra hakimiyyəti tərəfindən təhqir olunduğunu da iddia edir...

Ötən həftə Qubadan gələn bir neçə sakin Prezident Administrasiyasının qarşısında öz tələblərin səsləndirməyə çalışıblar. Onlar əsasən sosial tələblər səsləndirmək istəyiblər.

Quba sakinlərindən biri, beş uşaq anası Qahirə İbrahimova deyir ki, o, autizm sindromlu uşağının müalicəsi üçün 3 min manat borc götürsə də, sonradan borcunu qaytarmaqda çətinlik çəkib.

Qahirə İbrahimova həm borclarını qaytarmaq, həm də xəstəlikdən əziyyət çəkən digər övladının müalicəsinə maddi dəstək almaq üçün rayon icra hakimiyyətinə müraciət etdiyini, lakin ona sadəcə 150 manat yardım olunduğunu deyir.

Quba sakini uşaqlarının say çoxluğuna görə icra hakimiyyəti tərəfindən təhqir olunduğunu da iddia edir.

Digər Quba sakini Elşən Müslümovun da şikayəti icra hakimiyyətindəndir. O, 2019-cu ildə evinin yandığını, lakin maddi imkansızlıqdan onu təmir etdirə bilmədiyini vuğrulayır. Evinin hazırda yararsız halda olduğun qeyd edən Elşən Müslümov, kömək üçün icra başçısı Ziyəddin Məmmədova müraciət etsə də, ona kömək edilmədiyini deyir.

Quba sakinləri bənzər şikayətlə bir neçə dəfə Bakıya, Prezident Administrasiyasına şikayətə gəldiklərini, hər dəfə buradan onları “probleminiz həll olacaq” deyib geriyə, Qubaya yola salındıqlarını bildirirlər. Bu dəfə də Səbail Rayon Polis İdarəsinin əməkdaşları şikayətçiləri PA yaxınlığından uzaqlaşdırıblar.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmadı.

Mənbə: meydan tv

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar