Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən sutka ərzində dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

Oktyabrın 30-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 573 min 616 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 548 min 856 nəfərin yoluxduğu oktyabrın 29-da müşahidə edilmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 7 min 490 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 45 milyon 930 min 546 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 194 min 67 nəfərə çatıb. Eyni zamanda, 33 milyon 256 min 186 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 11 milyon 480 min 293 xəstədən 83 min 446 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 virusuna yoluxanların sayı 9 milyon 316 mini ötüb. Hindistanda 8 milyon 137 min, Braziliyada 5 milyon 519 min, Rusiyada 1 milyon 599 min, Fransada isə 1 milyon 331 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 235 min 159 nəfər. İlk beşliyə daxil olan Braziliyada 159 min 562, Hindistanda 121 min 681, Meksikada 91 min 289, Böyük Britaniyada isə 46 min 229 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar