Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordudan tərxis olunduqdan sonra ölən əsgərin ailəsindən açıqlama

Müharibədən tərxis edildikdən dörd gün sonra evində vəfat edən, Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən İbrahim Mirzəzadənin iynə vurulması səbəbindən öldüyü bildirilsə də, yaxınları bu məlumatı təkzib edir.

İ.Mirzəzadənin əmisi Surxay Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlu iki yaşından bəri gizli bronxial astma xəstəliyindən əziyyət çəkib: “On yaşında xəstəlik daha da şiddətləndi, ailəsi onu müalicə üçün Bakıya gətirdi. Orada qaldıqca məlum oldu ki, Bakıda ümumiyyətlə astma onu tutmur və heç bir narahatlıq yaratmır. Sonra bildik ki, Lənkəranda hava nəm olduğu üçün İbrahimin xəstəliyini ağırlaşdırır. İbrahim uzun müddət Bakıda qaldı, hərbi xidməti də Qarabağ bölgəsində keçdi, heç bir narahatlığı olmadı.

Müharibə vaxtı səfərbərliyə çağırılanda aerozol dərmanı cibində idi. Orada da döyüşdü, iki medal aldı. Şuşaya kimi gedib çıxmışdı. Gələndən sonra danışırdıq, deyirdi “Əmi, müharibə məni sağaltdı, heç dərmandan istifadə etmədim”. Orada da xəstəliyi ağırlaşmamışdı, ona görə də elə bilib ki, tam sağalıb.

Tərxis olunandan sonra gəlib Bakıda döyüş paltarını təhvil verib səliqəli, təzəsini götürmüşdü. Amma aerozol dərmanı təhvil verdiyi paltarın cibində qalmışdı. Deyirdi sağalmışam deyə dərmanı götürmədim. Burada dörd gün idi qalırdı, srağagün qəfildən halı ağırlaşdı.

Yanvarın 17-də mənə zəng edib dedilər ki, İbrahim boğulur. Gəlib gördüm artıq halsızdı. Dərmanı da Bakıda qaldığı üçün heç nə edə bilmirdik. Amma iynə var idi. Yaxın qohumları poliklinikada tibb bacısı işləyir, o bir həkimlə məsləhətləşdi. Həkim dedi ki, “prob” qoy, sonra mənə xəbər ver. Tibb bacısı “prob” qoyanda artıq keçindi, heç iynə vurulmadı. İbrahim iynədən yox, astmadan boğulub vəfat etdi. Prokuror da gəlib baxdı. Hər şeyi qeydə aldılar. Təcili yardım çağırmışdıq, amma onlar gələndə İbrahim artıq vəfat etmişdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar