Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyada rəsmi səfərdədir.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Ombudsman İtaliya Parlamentinin, İtaliya Senatında İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi Komissiyasının üzvləri, o cümlədən insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirəcəkdir. Görüşlərdə uzun illər boyu Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat veriləcək.

Bu gün İtaliya İnsan Hüquqları Federasiyası tərəfindən təşkil edilmiş görüş çərçivəsində Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, təsisatda yeni yaradılmış struktur vahidləri, eyni zamanda soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib.

İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier və kütləvi informasiya nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən S. Əliyeva Azərbaycanla İtaliya arasındakı tarixi dostluq və əməkdaşlıq əlaqələri barədə danışıb. Ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən söz açan Ombudsman çıxışında qeyd edib ki, ölkəmizdə digər dinlərə məxsus abidələr qorunub saxlanılır, həmçinin Azərbaycan Vatikanda bir çox abidələrin bərpasını həyata keçirib.

Ombudsman tədbirdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına dair geniş təqdimatla çıxış edib. Təqdimatda tarix boyu Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş faciələr, ərazilərimizin işğalı, beynəlxalq təşkilatların müvafiq çağırışlarına məhəl qoyulmaması kimi faktlara dair məlumatlara yer verilib.

Təqdimat zamanı iştirakçılar Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror siyasəti, postmüharibə dövründə mina təhlükəsinin səbəb olduğu insan itkiləri, habelə bu insan hüquq pozuntularının araşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı və beynəlxalq nümayəndə heyətlərinin həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə də məlumatlandırılıb.

Görüşdə Ombudsman iştirakçıların çoxsaylı suallarını cavablandırıb və faktaraşdırıcı missiya hesabatlarının nüsxələrini Federasiyanın üzvlərinə təqdim edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar