Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxın 3 milyonluq villası ilə bağlı qalmaqal

Sabiq deputat – oliqarx Fərhad Qəribovun "Gənclik" metrostansiyası yaxınlığındakı villası vaxtilə Mərkəzi Banka 3 milyon manatın əvəzi kimi girov qoyulub...

Borc ödənilməmiş 2-mərtəbəli, 10-otaqlı, 224 kvadratmetr yaşayış, 303 kvadratmetr də köməkçi sahəsi olan həmin evi tikiblər. Mərkəzi Bank da nə pulu ödətdirə bilir, nə də satışa çıxarmaq üçün əlində girov qalıb.

Mərkəzi Bank 2007-ci ilin dekabrında F.Qəribovun rəhbərlik etdiyi "Debütbank" ASC-yə illik 13 faizlə 3 milyon manat kredit verib. İpoteka müqaviləsinə əsasən, sabiq deputatın oğlu Elnur Qəribovun mülkiyyətində olan sözügedən ev girov qoyulub. 2010-cu ilin dekabrında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarıyla "Debütbank" müflis elan olunub. Müəssisənin iflas prosesinin başlanmasına qərar verilib. "Debütbank"ın ləğvedicisi qismində isə "AZE Financial Consulting"" MMC təyin edilib.

O da məlum olub ki, Qəribovlar ipoteka ilə yüklü olan həmin evi 2014-cü ilin iyununda satıblar, aralarında alqı-satqı müqaviləsi bağlanıb. Amma Mərkəzi Bank bundan xəbərsiz olmayıb, çünki materiallar arasında Mərkəzi Bankın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərdiyi razılıq məktubu var. Məktubda yazılıb ki, evin satılmasına etiraz etmir. Amma bir şərtlə ki, ev yenə ipotekada qalır.

Məktubda o da qeyd olunub ki, "Debütbank"ın borc öhdəliyinin 2 milyon manatlıq hissəsi ödəniləndən sonra sözügedən əmlak ipoteka yüklülüyündən azad ediləcək. Beləliklə, ev İsmayıl Şirinova satılıb, onun mülkiyyətinə keçib.

Bundan sonra evin yeni mülkiyyətçiləri həmin ərazidə olan başqa əmlakları ilə birlikdə bunu da söküb, onların yerində qeyri-yaşayış obyekti tikmək qərarına gəliblər. Bakı şəhər İcra Hakimiyyəti də buna etiraz etməyib. Qurumun keçmiş rəhbəri Hacıbala Abutalıbovun bu məsələ ilə bağlı 2016-cı ilin avqustunda imzaladığı məktub var.

O məktubla icazə verilib ki, Şirinovlar Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən əmlakları söküb, yerində istədikləri layihəyə uyğun tikinti aparsınlar. Beləliklə, Mərkəzi Bankda girov olan ev də sökülüb.

Mərkəzi Bank bu məsələ ilə əlaqədar öncə "Debütbank"ın ləğvedicisi qismində "AZE Financial Consulting" MMC-yə qarşı iddia qaldırıb. Bu girov müqabilində verilmiş 3 milyon manatlıq kreditin ödənilməyən hissəsini tələb edib. Evin hərracda satılması da iddia tələbi olub. Amma bu iddia təmin edilməyib.

Sonradan Mərkəzi Bank evin əvvəlki mülkiyyətçisi olan E.Qəribova və əmlakı alıb, onu sökmüş İ.Şirinova qarşı məhkəmədə iddia qaldırıb. Nərimanov rayon Məhkəməsində qaldırılan iddia ərizəsində yazılıb ki, 3 milyonluq kreditdən hələ də 1 milyon 470 min 65 manat əsas, 365 min 214 manat da faiz borcu var. Mərkəzi Bank iddia edib ki, cavabdehlərin əməli – evin sökülməsi nəticəsində "Debütbank"a verilmiş kredit təminatsız qalıb. Ona görə də dəymiş ziyanın əvəzinin - ümumilikdə 1 milyon 835 min 279 manatın adları çəkilən şəxslərdən tutulub Mərkəzi Banka ödənilməsini tələb edib.

Nərimanov rayon Məhkəməsi iddianı təmin etməyib. Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Nəhayət, ötən ay fevralın 27-də Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. (Azpolitika)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar