Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Okamponun anti-Azərbaycan hesabatının ifşası BMT-nin rəsmi sənədi kimi yayılıb

Britaniyalı mütəxəssis Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun “2023-cü ildə erməni soyqırımı” qərəzli rəyi ilə bağlı hazırladığı ifşaedici hesabat BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb...

"Report" xəbər verir ki, hesabatda Luis Moreno Okamponun rəyinin hüquqi əsaslandırma baxımından kökündən qüsurlu olduğu, onun rəyinin müstəqil və ya ədalətli ekspert hesabatının metodologiyasını əks etdirmədiyi vurğulanıb.

Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir, eləcə də ErmənistanAzərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir:

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo 7 avqust 2023-cü il tarixli rəyində Azərbaycan Respublikasının ərazisində Qarabağ bölgəsində soyqırımın baş verdiyini bildirib. Moreno Okamponun rəyi 1990-cı illərin əvvəllərində Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərində qurduğu qanunsuz və tanınmamış rejimin göstərişi ilə hazırlanıb. 90-cı illərin əvvəllərində baş vermiş işğal nəticəsində yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış, bununla da etnik ermənilərin demoqrafik üstünlükləri təmin edilmişdir. Hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir. “Soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir".

Diksonun qənaətincə, Moreno Okamponun rəyində Qarabağın birbaşa və ya dolayı yolla Azərbaycanın ərazisi olduğu göstərilir, ancaq bunu, təəssüf ki, ardıcıl olmayan şəkildə edir:

"Mübahisəli ərazi iddialarına istinad etmək düzgün deyil, çünki Qarabağın Azərbaycan olması mübahisəsizdir”.

Britaniyalı mütəxəssis sonda qeyd edib ki, Okamponun rəyi real prioritetlərdən yayındıran əsassız ittihamdır:

"Okamponun rəyi ErmənistanAzərbaycanın hökumətləri arasında hədsiz ziddiyyət yaratmamalı və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır.

Ümid edirəm ki, Moreno Okamponun fikirlərindən beynəlxalq ictimaiyyət tərəfindən regionda konstruktiv təşəbbüslərdən diqqəti yayındırmaq üçün istifadə edilməyəcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar