Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğurlanan pulun yarısı Aylinin hesabına qaytarılacaq

Bir neçə gün əvvəl leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar dələduz tərəfindən oğurlanıb

Qafqazinfo” xəbər verir ki, saytımızda da dərc olunan şikayətdə bildirilirdi ki, Rusiyada yaşayan və özünü hacı kimi təqdim edən biri “Bank of Baku” ya məxsus kart məlumatlarını istəyərək 50 min manat məbləğində yardım edəcəyini söyləyib.

Daha sonra kartdakı vəsait yoxlanarkən cəmi 135 manat pul qaldığı və dələduzluğa məruz qalındığı öyrənilib.

Qafqazinfo” bu məqamda “Bank of Baku” ya müraciət edərək kartla bağlı təhlükəsizlik məsələsinin necə qorunduğu ilə bağlı maraqlanıb.

Bu arada bildirək ki, şikayətçi Rahil Cəfərov kartı Bank of Bakunun Ayna Sultanovada yerləşən baş ofisində açdığını deyib və o, saytımıza bildirib ki, kartı açan zaman əməkdaşlar ona təhlükəsizlik məsələsi ilə bağlı sms xidmətini aktivləşdirməklə əlaqədar məlumat verməyiblər.

Bankdan sorğumuza ilkin araşdırmanın cavabı göndərilib. Bildirilir ki, uşağın müalicəsi üçün toplanılan vəsaitin geri qaytarılması istiqamətində bank tərəfindən ciddi addımlar atılır və görülən mühüm işlərin nəticəsində oğurlanan vəsaitin yarısı blok olunub, yəni dələduz tərəfindən istifadəsi qeyri-mümkün edilib. Blok olunmuş vəsaitin ən qısa zamanda uşağın hesabına geri qaytarılacaq. Eyni zamanda oğurlanmış vəsaitin digər hissəsinin də karta geri qaytarılması üçün də bank maksimum dərəcədə dəstək göstərəcək.

Bununla yanaşı, verilən məlumata görə kartda 3D təhlükəsizlik xidməti aktiv olsa da, əməliyyat aparılan saytlarda xidmət deaktiv edildiyindən və kartın bütün məlumatları dələduzda olduğundan onunla bağlı heç bir SMS gəlməyib. Müştəri SMS məlumatlandırma xidmətinə qoşulmaqla bağlı bankın təklifindən imtina etdiyi üçün aparılan əməliyyatlarla bağlı da SMS daxil olmayıb. Belə bir hal ilə qarşılaşmamaları üçün, bank rəsmisi bütün kart istifadəçilərindən öz təhlükəsizliklərinin qorunması məqsədilə kart məlumatlarını digər şəxslərə göndərməməyə çağırır. Həmçinin, kartda edilən bütün əməliyyatlar haqqında xəbərdar olmaları üçün SMS məlumatlandırma xidmətinə qoşulmanın faydasını bir daha xatırladır.

Bu hadisə ilə bağlı isə “Bank of Baku” tərəfindən aparılan araşdırma ciddi şəkildə davam edir, dələduzun kimliyi, vəsaitin harada və necə istifadə olunması ilə bağlı əldə olunan bütün nəticələrə dair məlumat hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Ən çox oxunanalar