Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlunu arvadı və gəlininin gözləri qarşısında öldürmüşdü - Hökm oxundu

Ötən ilin iyun ayında Xırdalanda yaşadığı evdə oğlunu qətlə yetirən 1965-ci il təvəllüdlü Etibar İbadovun məhkəməsi başa çatıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladı, 1987-ci il təvəllüdlü İlkin İbadovu öldürən E.İbadova hökm oxunub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Etibar İbadovun 2 övladı olub. Onun qızı bir müddət əvvəl ailə həyatı qursa da, sonra həyat yoldaşını ataraq Beyləqanda yaşayan şəxsin yanına qaçıb. Lakin E.İbadov ailə üzvləri ilə birgə Beyləqana gedərək qızını geri qaytarıb. Bundan bir müddət sonra qızı yenidən Beyləqana gedib. İbadov qızının evdən getməsində oğlu İlkini günahkar bilib. O, İlkinin bacısına şərait yaratdığını deyib və oğlu ilə münaqişə yaranıb.

Hadisə baş verən gün də İlkin gecə saat 23 radələrində sərxoş halda evə gəlib. Etibar İbadov oğlu ilə mübahisə edərək onu təhqir edib. İlkin yataq otağına keçmək istəyərkən o hücum edərək bıçaqla oğlunun ürək nahiyəsinə ağır zərbə endirib, daha sonra isə kəsici alətlə boğazına vurub. Hadisə İlkinin anasının və həyat yoldaşının gözləri qarşısında baş verib.

Ürəyinin orta damarı kəsilən İlkin İbadov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbadova 17 il həbs cəzası verilib. 

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay