Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlunu alça ağacının altında dəfn etmiş ağdamlı 28 il sonra məzarı tapdımı? - Video

O, Ağdamın Sarıcalı kənd sakini Xəqani Əliyevdir. 1993-cü il iyulun 23-də ermənilərin Ağdama növbəti hücumundan xəbər tutub, kəndi tərk etməyən valideynlərini müvəqqəti təhlükəsiz əraziyə çıxartmaq üçün evinə yollanan Xəqani Əliyev...

Xəqani iyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olanda rastlaşdığı hərbçiləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Bir neçə dəqiqə keçməmiş avtomobili atəşə tutulanda, onunla gələn qaynatası və 7 yaşlı oğlu düşmən gülləsinə qurban gedəndə şəhərinin işğal edildiyinin, sağ qalan kiçik oğlu ilə birlikdə ermənilərə girov düşdüyünün fərqinə varır...

Qaynatasını atəşə tutulduqları yolun kənarında, oğlunu isə doğma həyətində, uşağın çox sevdiyi alça ağacının altında dəfn edir...

"Report" xəbər verir ki, İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar" sənədli filmində isə 28 il öncə oğlunu öz həyətində torpağa tapşıran gənc ata ahıl yaşlarında doğma yurduna səfər edib, övladının məzarını axtarır.

30 ilə yaxın davam edən işğal zamanı kənddə daş daş üstündə qalmamış, evlər sökülmüş, ağaclar məhv edilmişdir. Belə bir vəziyyətlə qarşılaşan Xəqani doğma həyətini yerini müəyyən edə biləcəkmi? Bütün nişanəsi dağıdılan məzarın izini tapmaq mümkün olacaqmı?

Bu sualların cavabını Ağdamın işğalından 28 il keçdiyi bir tarixdə - iyulun 23-də, saat 21:00-da İctimai Televiziyada efirə gedəcək Vüsalə Məmmədovanın "Alça ağacının altındakı məzar" filmində tapa bilərsiniz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar