Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğlumun toyuna ayırdığım 15 min cehiz pulunu verdim”

Yüzlərlə əlil şəxsə qarşı dələduzluq etməkdə ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılır

Onlar qeyri-qanuni olaraq əlilliyi olmayan vətəndaşlara mənzillər verməkdə ittiham edilirlər.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Hökmə Cəfərova ifadəsində bildirib ki, zərərçəkmişlərdən Əliheydər Qafarovu tanıyır.


H.Cəfərova deyib ki, Əliheydər Qafarov onun qohumudur. Şahidin dediklərindən məlum olub ki, o, gözdən əlil olmadığı halda gözdən əlillər üçün nəzərdə tutulan yataqxanaya qeydiyyata salınıb. Məqsəd isə sonradan söküləcək yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan yeni məznil almaq imiş.

“Əliheydər məni Nərimanov rayonunda yerləşən gözdən əlillərin yaşadığı yataqxanaya qeydiyyata saldı. Bunu məndən xahiş eləmişdi və mən də razılaşmışdım. Sonra mənə sənədlər verdilər və imzaladım. Həmin yataqxanada qeydiyyatda olanlara ev verəcəkdilər. Amma onların aralarındakı danışığı bilmirəm. Çünki heç bir görüşdə, danışıqda iştirak etmirəm. Onu bilirəm ki, 80 min də pul vermişdi. Bildiyim qədər pul hələ də qaytarılmayıb"- deyə şahid bildirib.

Məhkəmədə zərərçəkmiş Camal Hüseynovun oğlu Səid Hüseynov da ifadə verib. O deyib ki, atasının yeni tikiləcək binadan ev alması üçün kimlərəsə pul verdiyini bilir. Lakin danışığın kiminlə və ya kimlərlə olmasıdnan xəbərsizdir. Səid Hüseynov atasının ev almaq üçün 50 min manat verdiyini deyib.

Zərəçəkmiş Gülçöhrə Məmmədhəsənova isə ifadəsində göstərib ki, yeni tikiləcək binadan ev almaq üçün 85 min manat pul verib: “70 mini notariusla vermişik. 15 mini isə sonda verdik. Dedi ki, artıq işiniz düzəlir. Oğlumun toyuna ayırdığım 15 min cehiz pulu əlimizdə idi. Məni də həmin yataqxanaya qeydiyyata saldılar. Özüm də yoldaşımla gedib yataqxananı görmüşəm. Məni iki dəfə qeydiyyata salıblar. Bir dəfə 70 min verəndə, bir dəfə də 15 min verəndə. İndi isə tələbim evimin geri qaytarılmasıdır. Oğlumu evləndirmişəm, amma kirayədə yaşayır".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər zərərçəkmiş Samir Osmanov da məhkəmədə dindirilib.

O bildirib ki, sabiq polis əməkdaşıdır. Ev almaq üçün 50 min manat verdiyini deyən S.Osmanov ona dəymiş zərərin ödənilmədiyini deyib. Bildirib ki, tələbi ya ev verilməsi, ya da pulunun geri qaytarılmasıdır.

Qeyd edək ki, S. Abdullayev və digər təqsirləndirilən şəxslər Cinayət Məcəllləsinin 178.3.2-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu iş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilir. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcəyi adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Bildirək ki, gözdən əlillər üçün tikilən bina Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında yerləşir. Həmin ünvanda inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb. Bu da mənzil növbəsində olan gözdən əlillərin narazılığına səbəb olub. Yeni tikilən bina isə vaxtı ilə gözdən əlillər üçün ayrılmış yataqxananın yerində inşa edilib. Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələrə verilməsi nəzərdə tutulurdu.

 

pia.az


Etiket: cinayət işi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Ən çox oxunanalar