ABŞ-ın Nyu York şəhərinin rəhbərliyi Bruklin rayonunda fövqəladə vəziyyət elan edib
PİA.AZ Trend-ə istinadən bildirir ki, bu qərar bölgədə qızılca xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədardır.
Nyu York meri Bill de Blazio bildirib ki, Bruklin rayonunda 300 nəfər qızılca ilə əlaqədar xəstəxanaya müraciət edib.
Eyni zamanda mer peyvəndlərdən imtina edən valideynlərin cərimə olunacağını bildirib.
pia.az