Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüsrət Kəsəmənlinin oğlunun işinə yenidən baxılacaq


Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin apelyasiya şikayətinə baxılıb


Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin işi üzrə ilkin baxış iclası keçirilib.
 
A.Kəsəmənlinin vəkili hüquqlarını müdafiə etdiyi şəxsin şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıb. Vəsatət qəbul edilməyib. Məhkəmənin qərarından kasasiya şikayəti verilib. Cinayət işinin materialları baxılması üçün Ali Məhkəməyə göndərilib. 
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Kəsəmənli apellyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.  
 
Xatırladaq ki, Araz Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Ən çox oxunanalar